FACT-INFO.AZ » XƏBƏR » “Şuşa Forumu qlobal miqyaslı siyasi müzakirələr platforması kimi formalaşmaqdadır”
24-07-2024, 14:00 | XƏBƏR
“Şuşa Forumu qlobal miqyaslı siyasi müzakirələr platforması kimi formalaşmaqdadır”

“Qaldırılan məsələlərin aktuallığı, qoyulan sualların kəskinliyi, verilən bəyanatların və açıqlamaların obyektivliyi onu göstərir ki, Şuşa media ilə bağlı ən səmimi, açıq və şəffaf müzakirələrin keçirildiyi qlobal miqyaslı bir tədbirin məkanına çevrilir. Şuşa Forumu sadəcə bir media tədbiri kimi yox, həm də qlobal miqyaslı siyasi müzakirələr platforması kimi formalaşmaqdadır. Forum diplomatiyanın ənənəvi qəliblərini dağıdır, beynəlxalq siyasət aktorlarının köhnəlmiş düşüncə və davranış qaydalarının artıq işə yaramadığını göstərir, siyasətdə əxlaq və məsuliyyətin önəmini təbliğ edir. Beynəlxalq siyasət təlimləri iddia edir ki, diplomatiya dili suallara aydın və birmənalı cavab verməyib sonradan yarana biləcək bütün siyasi vəziyyətlərdə manevrlər etmək imkanı saxlamalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, “Realpolitik”prinsipləri siyasətdə əxlaqi dəyərlərin prioritet olmadığna inanır və diplomatiyanı az qala buqələmun obrazında təlqin etməyə çalışır: “Əslində 2- ci dünya müharibəsindən sonrakı bütün dövrlərdə beynəlxalq siyasət məhz bu prinsiplər əsasında aparılıb. Beynəlxalq media da bu prinsiplərə uyğunlaşaraq qlobal güc mərkəzlərinin beynəlxalq səviyyədə apardığı oyunlarda təzyiq, təhdid və şər alətinə çevrilib. Şuşa Forumu belə köhnəlmiş təsəvvürlərlərdən imtina etməyin mümkünlüyünü göstərir, siyasətin cəmiyyət və media qarşısında açıq, aydın, birmənalı və səmimi olmaq örnəyini yaradır.

Məhz bu Forumda dünyanın müxtəlif bölgələrindən gəlmiş jurnalistlər heç bir mövzu tabusu və vaxt məhdudiyyəti olmadan onları düşündürən ən aktual sualları Azərbaycan Prezidentinə ünvanlayaraq özündə heç bir sətiraltı məna gizlətməyən açıq və səmimi cavablar ala bilirlər”.

Millət vəkili bildirib ki, bu baxımdan, II Qlobal Media Forumunda Azərbaycan Prezidentinin media mənsublarına verdiyi cavablar Azərbaycan siyasətinin əsl mahiyyətini anlamaq və ölkəmizə qarşı qlobal media üzərindən aparılan təxribat xarakterli qarayaxma kampaniyalarını ifşa etmək üçün çox əhəmiyyətli oldu: “Prezident İlham Əliyev bir qayda olaraq ünvanlanan sualların hamısına açıq və birmənalı cavablar verir. TDT- nın bu günü və gələcəyi ilə bağlı verilən sualın cavabı da istisna olmadı. Prezident bu təşkilatın yaranmasını zəruri edən amilləri izah etməklə yanaşı onun gələcəyi haqqında düşüncələrini də media ilə bölüşdü. Tqrk geopolitik regionunda yaşayan xalqların eyni sivilizasiya köklərinə mənsubluğu, bu ərazidə yaranmış müstəqil türk respublikalarının eyni tarixi dövlətçilik ənənələrinə malik olması kimi vacib amillər türk dövlətləri arasında inteqrasiya proseslərinə təbii hal kimi baxmağı tələb edir. Bununla yanaşı bu gün düyada gedən qloballaşma Türk dövlətləri arasında inteqrasiya proseslərini nəinki mümkün, hətta zəruri edir. Burada formalaşmaqda olan Yeni Dünya Düzənində yer və söz sahibi ola bilmək niyyəti də həlledici amillərdən biridir. Bütün bunlar haqqında Prezident Əliyev Qərb diplomatiyasının ənənvi prinsiplərinə əməl edərək türk dövlətləri arasında mədəni- humanitar və ən uzağı iqtisadi- ticari əlaqələrin gücləndirilməsində maraqlı olduğumuzu deməklə kifayətlənə bilərdi”.

“Lakin dövlət başçısı İlham Əliyev Qərbli həmkarlarından fərqli olaraq beynəlxalq media qarşısında çox açıq danışdı. İlham Əliyev türk birliyinin güc mərkəzinə çevrilməli olduğunu bildirdi. Tək bu bəyanatın neçə qlobal güc sahibində qıcıq yarada biləcəyini və bu açıqlamadan sonra ölkəmizə qarşı hansı qarayaxma və sıxışdırma kampaniyalarının başlana biləcəyini təsəvvür etmək o qədər də çətin deyil. Lakin Prezident İlham Əliyev türk dövlətlərinin mübarizə əzminə və kənardan hər hansı təxribat cəhdlərinə qarşı onların müqavimət gücünə əmindir. Azərbaycan lideri öz siyasətinin gücünə və ədalətinə inanır, beynəlxalq siyasətdə etdiklərimizi və edəcəklərimizi heç kimdən gizlətmədən açıq söyləyir, beynəlxalq səviyyədə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Şuşa Forumu bunu bir daha bütün dünyaya göstərdi”,- deyə o əlavə edib.




Baxış sayı: 165
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031