FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Professor Şəlalə Həsənovanın Zəngəzur tarixi haqqında kitabı ingilis dilində nəşr olunub
23-07-2024, 12:00 | MƏDƏNİYYƏT
Professor Şəlalə Həsənovanın Zəngəzur tarixi haqqında kitabı ingilis dilində nəşr olunub

Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Zəngəzurun tarixi arxiv sənədlərinin fonunda etnoqrafik və geosiyasi reallıqları” layihəsi çərçivəsində “Historical and ethnographic panorama of Zangezur on the archive documents background” kitabı və Zəngəzur tarixi haqqında videoçarx hazırlanıb.

Fact-info.az  xəbər verir ki, təqdimatda kitabın müəllifi, Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şəlalə Həsənova Zəngəzurun tarixi və etnoqrafik mənzərəsinin ingilis dilində işıqlandırılmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, kitabda yer alan faktlar Rusiya, Gürcüstan və Ermənistanın milli arxivlərindən əldə edilən sənədlər əsasında əksini tapıb. Həmin faktlar Qərb siyasi və akademik dairələri üçün təkzibolunmaz elmi baza mənbəyidir.

Müəllif maliyyə dəstəyinə görə Mədəniyyət Nazirliyinə, kitabın hazırlanmasında əməyi olan redaktor-məsləhətçi, arxiv işinin bilicisi Rəzzaq Xansuvarova və tərcüməçi Məmməd Nəcəfzadəyə təşəkkürünü bildirib.

Kitabda Zəngəzurun ilkin inzibati dəyişikliklərinin göstərilməsi, türk mənşəli tayfaların, minbaşılıqların təsviri, köçürülmüş ermənilərin azərbaycanlılara qarşı əsassız məhkəmə iddiaları, Comərdli kəndi və Sisian mahalı haqqında maraqlı məlumatlar, 1832 və 1873-cü illərdə ermənilərin Zəngəzura köçürülməsi barədə məlumatlar yer alıb. Əzəli yurdumuz Zəngəzurda məskən salan azərbaycanlı yarımköçəri və oturaq tayfalar ilk dəfə olaraq bu kitabda işıqlandırılıb. Burada məskunlaşma ilə bağlı müxtəlif illərdə aparılan statistik nəticələr müqayisəli şəkildə təqdim olunub.

Nüfuzlu alimlərin, QHT nümayəndələrinin, media mənsublarının, ictimai fəalların, tələbə gənclərin iştirak etdikləri təqdimat mərasimində görkəmli tarixçi alimlərdən Firdovsiyyə Əhmədova, Cəbi Bəhramov, tanınmış jurnalist, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənov, tədqiqatçılar Əli Abdullayev, Bəxtiyar Həsənov, vətəndaş cəmiyyətinin fəalları Rauf Zeyni, Bahar Qasımova, İradə Rizazadə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasının müstəsna əhəmiyyətini, Qərbi Azərbaycan İcmasının formalaşmasının əzəli, dədə-baba torpaqlarımıza, Zəngəzura qayıdışa ümidləri artırdığını bir daha diqqətə çəkərək mövzunun aktuallığı, tarixi sənədlərin araşdırılmasının və ingilis dilində işıqlandırılmasının vacibliyi, kitabın xarici ölkələrdə yayılmasının əhəmiyyəti haqqında danışıblar.





Baxış sayı: 225
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30