FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın nefti həssas nöqtələrə nəql olunur
22-07-2024, 17:00 | XƏBƏR
Azərbaycanın nefti həssas nöqtələrə nəql olunur

Məlumdur ki, bazar münasibətləri şəraitində Azərbaycanın iqtisadi və siyasi həyatında neft sektoru çox mühüm əhəmiyyət kəsb edir. Bu sahənin in­kişafı ilə əlaqədar olaraq ölkəmizdə son illərdə çox böyük iqtisadi nəticələr əldə olun­muş­dur. Bu iqtisadi göstəricilərin belə yüksək  səviyyəyə qaldırılması hər şeydən əvvəl ölkəmizdə xarici neft şirkətlərinin iştirakına əsaslanaraq neft hasilatının artırılması ilə bilavasitə  bağlıdır. Azərbaycanda neft-qazçıxarma sənaye sahəsinin bazar münasibətlərinin müasir tələbləri  sə­viyyəsinə uyğun olaraq inkişafı ölkə əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına və ölkəmizdə müdafiə qüdrətinin möhkəmləndirilməsinə xidmət edir və gələcəkdə də xidmət edəcəkdir.

 

Son illərin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə neft-qaz­çıxar­ma sənayesinin daha da inkişaf etdirilməsi nəticəsində Azərbaycanın dünya iqtisadı sisteminə in­teq­rasiyasının güclənməsi ilə yanaşı beynəlxalq imici də artmağa başlamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, bazar münasibətləri şəraitində Azərbaycanın iq­ti­sa­di və sosial həyatında neft sektorunun  müasir tələblər səviyyəsində in­kişaf etdirilməsi öz aktuallığı ilə diqqəti cəlb edir.

Bu baxımdan, neft və qaz  hasılatının artırılması, neftin nəqli, emalı prosesinin sürətləndirilməsi, elektrik, istilik enerjisi istehsalı, eləcə də, qaz təchizatinin yüksəldilməsinə xüsusi əhəmiyyət verilməsi daim ölkənin diqqət mərkəzində duran məsələlərdən biridir. Bazar münasibətləri şəraitində Azərbaycanın yeni neft strategiyası, özünün müstəqil bir ölkə kimi öz təbii sərvətlərinə sahib çıxması, milli mənafeləri, iqtisadi və strateji maraqlarını mü­dafiə etmək əzmində olduğunu təsdiqləyərək ölkəmizin suverenliyinin mühüm təminat­çısına çevrilmişdir.

 

Bildiyimiz kimi, Azərbaycanın yeni neft strategiyasının əsası, 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan “Əsrin müqaviləsi”  vasitəsilə qoyulmuşdur. Azərbaycanda neft-qazçıxarma sənaye sahəsinin gələcək inkişafı ilə əlaqədar xarici ölkələrlə bağlanmış müqavilələr müstəqilliyimizin, suverenliyimizin, dövlətciliyimizin və milli təhlükəsizliyimizin daha da möhkəmlənməsinə, ölkə iqtisadiyyatının dünya təsərrüfatına inteq­rasiyasının dərinləşməsinə, investisiya axınının genişlənməsinə, həmçinin, bütün bunlarla əlaqədar olaraq, ölkəmizin beynəlxalq səviyyədə qüdrətinin daha da atmasına gətirib  çıxaracaqdır. Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, bazar iqtisadiyyatı şəraitində ölkə­mizdə neft-qazçıxarma sənaye sahəsinin sürətli inkişafı təmin edilmişdi. Bununla əlaqədar olaraq yanacaq-energetika sənaye sahəsinin ölkə iqtisadiyyatının inkişafında  hal-hazırda oy­nadığı əhəmiyyətli rolunu çox yüksək səviyyədə qiymətləndirən dövlətimiz qeyri-neft sektorunun da inkişafını genişləndirmək məsələsini qarşıya bir məqsəd kimi qoymuşdur.

 

 Bu baxımdan, Azərbaycanın imkanlarının genişliyi hər şeydən perspektivdə ölkənin yüksək davamlı inkişafının əsasən regionların istehsal potensialından səmərəli istifadə istiqamətində davam etdirilməsinə əsaslı şərait yaradacaqdır. Bütün bu deyilənlərə əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, neft-qazçıxarma sənaye sahəsinin ölkə iqtisadiyyatının inkişafındakı rolunun yüksək qiymətləndirilməsi ilə yanaşı dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirilməsi məqsə­də­­uyğundur. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, Azərbaycanın neft-qazçıxarma sənaye sahəsindəki geniş imkanları nəzərə alınmaqla ölkəmizdə dayanıqlı inkişaf dinami­ka­sı­nın təmin edilməsində regionların istehsal, maddi və resurs potensialından səmərəli istifadə edilməsi istiqamətində əlverişli şəraitin yaradılması və formalaşdırılmasına nail olmaq lazım­dır.

 

Hal-hazırda, böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar, dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu gün, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya edib və dünya iqtisadiyyatının tərkib hissəsidir. Artıq, ölkə iqtisadiyyatının makro iqtisadiyyat dayanıqlılığın saxlanması istiqamətində tam elmi əsaslara söykənən, metodoloji baxımdan özünü doğruldan iqtisadi konsepsiya var...

 

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!... Qarabağ Azərbaycandır!...

                                                                                                                                

Hörmətlə,

Müşfiq Ənvər oğlu Əliyev

Azərbaycan Respublikası

Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,

Qarabağ müharibəsi veteranı, qazi.

BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ




Baxış sayı: 415
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30