FACT-INFO.AZ » SİYASƏT » “Prezident İlham Əliyevin 2-ci Şuşa Forumunda səsləndirdiyi fikirlərdə dünyanın siyasi gələcəyi üçün önəmli mesajlar var”
22-07-2024, 10:00 | SİYASƏT
“Prezident İlham Əliyevin 2-ci Şuşa Forumunda səsləndirdiyi fikirlərdə dünyanın siyasi gələcəyi üçün önəmli mesajlar var”

"Həqiqətən də, qürurverici mənzərədir, qeyrət qalamız, gözəl məkanımız Şuşada dünyanın ən vacib məsələləri, üzləşilən problemləri müzakirə edilir, qlobal xarakterli qərarlar qəbul olunur. Bu, dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "Əziz Şuşa, biz səni dirçəldəcəyik" kəlamının real nəticələridir. Qısa müddətdə Şuşanı bərpa etmək, dünyaya tanıtdırmaq, kimliyini bəyan etmək, həmçinin beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevirmək bilavasitə dövlətimizin qüdrətini, Prezident İlham Əliyevin mükəmməl idarəçiliyini və qurucu, yaradıcı qabiliyyətini göstərir. Bu dəfə isə mədəniyyətimizin paytaxt Şuşa dünya mediasının üzləşdiyi xoşagəlməz hadisələrin həlli ilə məşğul olan "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumuna evsahibliyi etdi. Öncə onu deyim ki, bu mötəbər Forumda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun iştirak etməsi, birgə müzakirə aparması tədbirə artan marağı və onun önəmini göstərir. Mövzu da son dərəcə aktualdır. Çünki yalan, heç bir əsası olmayan, böhtan xarakterli, beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən yayındıran, cəmiyyətləri çaşdıran, ayrı-ayrı dövlətlər haqqında mənfi obrazlar formalaşdıran informasiyalar baş alıb gedir. Azərbaycan da uzun illər dezinformasiyadan əziyyət çəkən ölkələrdəndir. Odur ki, bu mənfi tendensiyaya qarşı birgə mübarizə olduqca labüddür".

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdən bu qədər xarici qonağın, o cümlədən media mənsubunun işğaldan azad edilmiş ərazilərimizə gəlməsi, orada işğalçılar tərəfindən törədilmiş vandalizmin izlərini gözləri ilə görməsi, eləcə də bu gün Azərbaycanın həmin torpaqlarda apardığı quruculuq işləri ilə tanışlıq, bu ərazilərin əsl sakinlərinin kimlər olduğunu bilməsi çox vacibdir: "Bu, Azərbaycana qarşı müxtəlif çevrələrdə hazırlanan yalan məlumatlara, formalaşdırılan mənfi rəyə qarşı atılan ən doğru addımdır. Çünki burada hər şeyə özü şahid olan, peşəsinə vicdanla yanaşan jurnalist həm təmsil etdiyi ölkəyə, həm də beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırır. Açılış mərasimində dövlətimizin başçısı cənab İlham Əliyevin iştirak etməsi, iştirakçıların çoxsaylı suallarını cavablandırması Forumun əhəmiyyətini əks etdirir. Prezident İlham Əliyev fəaliyyəti ərzində daim mətbuata açıq olub, yerli və xarici jurnalistlərlə görüşlər keçirib, onları maraqlandıran suallara aydınlıq gətirib. Bu, sözsüz ki, azad mətbuatı hər zaman dəstəkləyən, onların sərbəst fəaliyyətinə geniş imkanlar yaradan ölkəmizin başçısının demokratik təbiətindən irəli gəlir. Biz cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə onlarla xarici KİV-ə verdiyi müsahibələri yaxşı xatırlayırıq. O, informasiya cəbhəsində də öndə olaraq məntiqli və tutarlı cavabları ilə baş verən hadisələrin mahiyyətinin ətraflı izahını verdi, dezinformasiyaları alt-üst edərək həqiqətləri, Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırdı".

"2-ci Şuşa Qlobal Media Forumunda da iştirakçıların müxtəlif məzmunlu suallarını geniş zəkası, dərin biliyi, tutarlı arqumentləri və dəmir məntiqi ilə cavablandıran dövlətimizin başçısı cənab İlham Əliyev həm bölgədə, həm regionda, həm də dünyada yaşanan proseslərin aydın və hərtərəfli şərhini verdi. Eyni zamanda Prezidentimiz Azərbaycanın dünyada yerini və rolunu, həyata keçirdiyi xarici siyasətin mahiyyətini, qlobal sülh və təhlükəsizliyə töhfələrini qeyd etdi. Beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilən cənab İlham Əliyevin fikirləri, irəli sürdüyü təşəbbüslər daim beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır və təqdir olunur. Heç təsadüfi deyil ki, Prezidentimizin bu Forumdakı çıxışı qısa müddətdə dünyanın nüfuzlu informasiya agentliklərində geniş işıqlandırıldı və təqdir olundu", - AHİK sədri bildirib.

Səttar Möhbalıyev vurğulayıb ki, Forumda və bu çərçivədə təşkil olunan panel sessiyalarda aparılan fikir və təcrübə mübadilələri yalan məlumatların ifşasında, dezinformasiyaya qarşı mübarizədə kifayət qədər faydalı olacaq.




Baxış sayı: 145
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30