FACT-INFO.AZ » SİYASƏT » Prezidentin köməkçisi: "Azərbaycan COP29-la bağlı ciddi dezinformasiya ilə üzləşib"
21-07-2024, 12:00 | SİYASƏT
Prezidentin köməkçisi: "Azərbaycan COP29-la bağlı ciddi dezinformasiya ilə üzləşib"

"Azərbaycan noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyası (COP29) ilə bağlı ciddi dezinformasiya ilə üzləşib".

Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən II Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Hikmət Hacıyev həmçinin Prezident İlham Əliyevin dezinformasiya ilə bağlı fikirlərini xatırladıb.

Prezident köməkçisi əlavə edib ki, bu faktor müxtəlif ölkələr arasında münaqişə yarada bilər:

"Rəqəmsallaşma məlumatların sürətli istehsalını təmin edir və bu da bəzən təhriflərə yol verilməsinə şərait yaradır. İnformasiya çox güclü vasitədir və bunun necə düzgün istifadə edildiyi güclü sual altındadır. Dezinformasiya artıq fərdi azadlıqları da təhdid etmək həddinə çatıb. Bu anlayış manipulyasiya edən, ictimai fikri çaşdıran və qlobal təhlükəsizliyə ciddi təhlükə yaradan informasiya çirklənməsi ilə müşahidə olunur. Dezinformasiya ümumiyyətlə mətbuatın etibarlılığını sarsıdır. Bu baxımdan dezinformasiya müəyyən qrupların məqsədlərinə çatmağında vasitə ola bilər. Prezident İlham Əliyevin də dediyi kimi bu müxtəlif tərəflər arasında münaqişələrin yarananmasına səbəb ola bilər. Bu amil həm də mətbuatın təməl prinsiplərini pozur. Prezident İlham Əliyev də dünən qeyd etdi ki, dezinformasiya nəticəsində faktlar elə təqdim olunurdu ki, guya Azərbaycan hansısa ölkəyə təcavüz edib. Təəssüf ki, bütün mətbuat agentliklərinin başlıqlarında bu faktı Azərbaycanın törətdiyi ilə bağlı məlumatlar yer alırdı. Burada biz Prezident Əliyevin beynəlxalq mətbuatla ünsiyyəti və ayrı-ayrı beynəlxalq mətbuat orqanları ilə işin nəticəsində biz bu amillərlə mübarizə apardıq. Biz çalışırdıq ki, dünya ictimaiyyətinə yalnız həqiqəti çatdıraq. İnanırıq ki, dezinformasiyaya qarşı müqavimət mexanizmlərinin inkişafı və bunun əleyhinə mübarizədə jurnalist peşəkarlığının artırılması mühüm rol oynaya bilər. Xüsusilə beynəlxalq təşkilatlarda bununla bağlı tədbirlər görülməlidir. Burada bu mübarizənin təməl prinsipləri barədə razılığa gəlmək lazımdır. Biz düşünürük ki, düzgün məlumatın cəmiyyətə çatdırılması son dərəcə vacibir. Azərbaycan COP29 ilə bağlı da ciddi dezinformasiya ilə üzləşib. Biz qlobal təhlükəsizliklə bağlı gündəliyimizi elan etmişik və işimizi bu gündəliyə uyğun qururuq"




Baxış sayı: 125
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30