FACT-INFO.AZ » MEDİA » Səttar Möhbalıyev: “Mətbuat işçiləri Azərbaycanın dövlətçilik maraqlarını daim uca tutur”
21-07-2024, 11:00 | MEDİA
Səttar Möhbalıyev: “Mətbuat işçiləri Azərbaycanın dövlətçilik maraqlarını daim uca tutur”

“Əsası 1875-ci ildə qoyulan Azərbaycan mətbuatı böyük və şərəfli tarixi bir yol keçərək indiki səviyyəsinə yüksəlib. Ötən 149 ildə bu sahənin görkəmli nümayəndələri öz peşələrinə vicdanla yanaşmış, vəzifələrini layiqincə yerinə yetirmiş və xalqımıza yorulmadan, bütün təzyiqlərə, əngəllərə baxmayaraq, böyük xidmətlər göstərmişlər. Ümumiyyətlə, milli mətbuatımızın başlanğıcı sayılan “Əkinçi” qəzetinin ərsəyə gəlməsi Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar və tarixi bir hadisə idi, mətbuatımızın formalaşmasına, təşəkkülünə və inkişafına misilsiz töhfələr verib. Düzdür, qəzet qısa ömür sürdü, cəmi 56 sayı işıq üzü gördü, amma tərəqqipərvər ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabinin rəhbərliyi ilə xalqımızın maariflənməsi, ictimai-siyasi proseslərdən xəbər tutması, həmçinin onlarda demokratik təfəkkürün, milli kimliyin formalaşması istiqamətində tarixi uğurlara imza atdı”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, böyük bir ənənənin əsasını qoyan və nümunəyə çevrilən “Əkinçi”nin ardından nəşr olunmağa başlayan onlarla qəzet və jurnal cəmiyyətin inkişafında əhəmiyyətli işlər gördü: “Belə ki, milli özünüdərkdə, oyanış hərəkatında, xalq arasında birliyin və həmrəyliyin yaranmasında və möhkəmlənməsində, eləcə də geniş ziyalı ordusunun yetişməsində müstəsna rol oynadılar. Tanınmış qələm sahibləri dərc etdirdikləri məqalələrlə bədii fikrin inkişafına, Ana dilimizin daha geniş təbliğinə çalışırdılar. Xüsusi ilə həmin dövrün mətbuatı elm adamlarının və ədəbiyyat nümayəndələrinin cəmiyyətdə tanınması, əsərlərinin və fikirlərinin təbliği üçün də mühüm vasitəyə çevrilmişdir. Unutmaq olmaz ki, 1918-ci ildə müstəqil dövlətimizin yaranmasında milli mətbuatımızın danılmaz xidmətləri olub. İstiqlaliyyət uğurunda qətiyyətlə mübarizə aparan mütəfəkkirlərimiz azad yaşamağın, müstəqil dövlətə sahib olmağın əhəmiyyətini xalqa məhz mətbuat vasitəsilə çatdırırdılar. Bu istiqamətdə görülən işlərin, yorulmaz mücadilənin nəticəsi idi ki, Azərbaycan xalqı demokratik, xalqın hakimiyyətinə əsaslanan respublika yaratmağı bacardı”.
“Müasir Azərbaycan mətbuatından danışarkən isə xalqımızın böyük oğlu, Ümummilli Lideri Heydər Əliyevin bu sahənin inkişafına verdiyi bənzərsiz töhfələri xüsusilə vurğulamaq lazımdır. Ulu Öndərimizin bütün sahələri əhatə edən və inkişafına geniş yol açan ardıcıl islahatları kütləvi informasiya vasitələrini də əhatə etmişdir. Belə ki, qısa müddətdə ölkəmizdə söz və məlumat azadlığı təmin edildi, buna mane olan süni əngəllər aradan qaldırıldı, bu sahənin fəaliyyətini tənzimləyən və inkişafına səbəb olan qanunlar qəbul olundu. Mətbuatdan qayğılarını əsirgəməyən, jurnalistlərin dostu hesab olunan Ulu Öndərimiz eləcə də hərbi senzuranı aradan qaldırdı, 1998-ci ildə isə, ümumiyyətlə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Təbii ki, bütün bunlar mətbuatın sərbəst fəaliyyətinə, sürətli inkişafına gətirib çıxardı”, - Səttar Möhbalıyev deyib.

AHİK sədri vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi qayğısı sayəsində bu gün Azərbaycan mətbuatı inkişafının ən yüksək mərhələsindədir: “Hazırda ölkəmizdə yüzlərlə media subyekti sərbəst fəaliyyətini davam etdirir, onların səmərəli və keyfiyyətli işi üçün dövlətimiz hər cür şəraiti yaradır. Odur ki, artıq mətbuatımız qlobal informasiya şəbəkəsinə daxil olub, dünyanın tanımış və nüfuzlu media orqanları tərəddüd etmədən Azərbaycan KİV-nə istinadlar edir, informasiya mübadilələri həyata keçirilir. 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Əminlikdə söyləmək olar ki, MEDİA Agentliyi media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində səylə çalışır. Eyni zamanda jurnalistlərin sosial müdafiəsi də dövlətimizin diqqətindən yayınmır. KİV-lərə göstərilən birdəfəlik yardımlar, jurnalistlərin orden və medallarla təltif edilməsi, güzəştli ipoteka kreditindən yararlanmaları və başqa bu kimi hallar dövlət qayğısının göstəriciləridir”.
AHİK sədri əlavə edib ki, bu gün Azərbaycanın mətbuat və informasiya sistemi hətta dünyanın ən qabaqcıl kütləvi informasiya vasitələri ilə rəqabət gücündədir: ”Ölkəmizin media orqanları və orada çalışan peşəkar jurnalist ordusu dəqiq, qərəzsiz, mötəbər informasiyalarla yerli və beynəlxalq ictimaiyyəti dürüst və operativ xəbərlərlə təmin edir. Azərbaycanda bu peşənin sahibləri daha çox yüksək vətənpərvərliyi ilə seçilir, beynəlxalq səviyyədə geniş vüsət alan saxta, əsası olmayan, cəmiyyəti çaşdıran informasiyalardan uzaq durur, Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar. Yeri gəlmişkən, ölkəmiz uzun illərdir fasiləsiz olaraq informasiya cəbhəsində də mübarizə aparır, fədakar jurnalistlərimiz əsl həqiqətləri dünya ictimaiyyətinə çatdıraraq Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışanların məkrli planlarını darmadağın edirlər”.




Baxış sayı: 130
Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Bu gün, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Bu gün, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Bu gün, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Bu gün, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb Dünən, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub Dünən, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region Dünən, 12:30 Bəzi sözlərin mənşəyi haqqında Dünən, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu Dünən, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir Dünən, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib Dünən, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub Dünən, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN Dünən, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00 Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir 18-09-2026, 11:00 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 11 nəfər saxlanılıb 18-09-2026, 10:30 Azərbaycan Britaniya ilə yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığı müzakirə edib 17-09-2026, 20:00 Üzeyir Hacıbəyli Festivalının proqramı açıqlanıb 17-09-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930