FACT-INFO.AZ » XƏBƏR » İran siyasətində işıqlı nöqtələr görünür
19-07-2024, 11:00 | XƏBƏR
İran siyasətində işıqlı nöqtələr görünür
Uzun illər mövcud olan idarəetmə sistemi İranın həm daxilində, həm də xaricdə ciddi problemlər yaradırdı. Nəhayət İranda prezident seçkilərində islahatçı Məsud Pezeşkianın qalıb gəlməsi müsbət əhval-ruhiyyə yaradıb. Toplum hər zaman yeniliyə, inkişafa, həyat şəraitinin yaxşılaşmasına meylli olur. O baxımdan qonşu ölkədə islahatçı qanada belə dəstək dəyişikliyin nə qədər zəruri olduğunu göstərir.
Bu gün bəziləri düşünür yeni seçilmiş Məsud Pezeşkianın prezident olaraq geniş səlahiyyətləri yoxdur. Bu aydın məsələdir. Lakin onun geniş manevr imkanları, müxtəlif əhali təbəqəsindən gələn böyük dəstəyi, nəhayət türk olaraq Azərbaycan türkləri qarşısında öhdəliyi var.
Digər tərəfdən Məsud bəy dərk edir ki, islahatlar sosial sifarişdir. Əgər yeniliyi, islahatları imitasiyaya çevirəcəksənsə o zaman mühafizəkarlarla sənin aranda bərabərlik işarəsi yaranacaq. Bu isə insanların inamının qırılması olar. Hər halda hadisələri qabaqlayıb tələsməyək. Ümid edək ki, yeni prezident Məsud Pezeşkian İranın vaxtılə etdiyi tarixi səhvləri təkrar etməyəcək. O, türk olaraq güclənən Türk dünyası ilə səmimi əməkdaşlığa, Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək. İranda yaşayan 40 milyona yaxın azərbaycanlıların öz dillərində təhsil hüquqlarının təmin edilməsinə nail olacaq. Çünki böyük bir əhalinin öz ana dilində təhsil alması tarixi nailiyyət olar. Digər tərəfdən prezident Məsud Pezeşkian Azərbaycan və Türkiyə vasitəsilə nəhəng tranzit layihələrə qoşulmaq şansını dəyərləndirməklə İranı çox ağır iqtisadi böhrandan xilas etmiş olar. Təbii ki, bütün bunlar ehtimallardır. Yaşayarıq görərik.
Sonda onu da xüsusi olaraq qeyd etmək istərdim ki, İranın Ermənistandakı ermənibaş səfirinin Anti-Azərbaycan çıxışlarına son qoymaq üçün prezident Məsud Pezeşkianın tapşırıqlar verəcəyinə ümid edək. Həmin o səfirin çıxışları İranla Azərbaycan arasında münasibətlərə xələl gətirir.
Əkrəm Bəydəmirli



Baxış sayı: 275
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30