Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak məqsədilə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edəcək.
Fact-info.az xəbər verir ki, səfər zamanı Prezident Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və kabinet üzvləri, eləcə də siyasi partiya nümayəndələri və çoxlu sayda deputat müşayiət edəcək.
Şimali Kiprə səfər edəcək Türkiyə nümayəndə heyətinin tərkibində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel də yer alacaq.
Əməliyyatın 50-ci ildönümü münasibətilə ŞKTC-də keçiriləcək hərbi dəniz paradında bir çox dəniz vasitəsilə yanaşı, Türkiyənin ilk amfibiya gəmisi “TCG Anadolu” da iştirak edəcək.
Tədbirlər çərçivəsində iyulun 20-də “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələrin nümayiş uçuşlarının keçirilməsi planlaşdırılır.
Baxış sayı: 95
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
