FACT-INFO.AZ » XƏBƏR » Şəhidimiz Natiq Məmmədbəylinin bu gün doğum günüdür
18-07-2024, 07:30 | XƏBƏR
Şəhidimiz Natiq Məmmədbəylinin bu gün doğum günüdür

44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Tarixi yenidən yazan, bizə zəfər sevincini yaşadan qəhrəmanlarımız tərəddüd etmədən ən dəyərli və şirin nemət olan həyatlarından keçiblər. Biz həm cəmiyyət, həm də fərd olaraq onlara borcluyuq. Qəhrəmanlarımız haqqında hər zaman yazmaq, filmlər çəkmək, onları geniş auditoriyaya tanıtmaq bizim vəfa borcumuzdur. Bu gün, doğum günündə  Şəhid Natiq Məmmədbəylini ehtiramla anaraq onun həyat yoluna nəzər salaq.

 

Dalğalanan şanlı Azərbaycan bayrağı və şəhidin böyük bir şəkli onun  yalnız doğulduğu ərazidə deyil, hər bir azərbaycanlının qəlbində yaşadığından xəbər verirdi. Natiq Vahid oğlu Məmmədbəyli 18 iyul 1993-cü ildə Xəzər rayonu Şağan qəsəbəsində anadan olub. 2011-ci ildə hərbi xidmətə yollanan Natiq Murovdağda xidmət edib. 29 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə Şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədbəyli “Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədbəyli ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi. 

Şəhidimizin anası Güldanə xanımın Natiq haqqında fikirləri belə oldu: “Bütün Şəhidlər kimi Natiq də seçilmiş insanlardan biri idi. Mən Şəhid anaları ilə söhbət edən zaman hiss edirəm ki, bu qəhrəmanlar bir sıra keyfiyyətlərinə, milli dəyərlərə sadiqliyinə görə, çox oxşardırlar. General Polad Həşimov qəhrəmancasına dünyasın dəyişdikdən sonra Natiq deyirdi ki, mən də cəbhəyə, döyüşə gedəcəm. Mən onu saxlaya bilməzdim. Nəhayət o, 2020-ci ilin senyabrın 29-da könüllü olaraq, sevinə-sevinə döyüşə getdi. Natiq sürücü idi. Lakin o, cəbhəyə gedən kimi, silah götürüb döyüşə başlayıb. Onun döyüş yoldaşları danışırdı ki, Natiq qorxu nə olduğun bilmədən Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib”.

Şəhidimizin anası Güldanə xanım Natiqin nişanlı olduğunu bildirib: “Oğlum döyüşə getməyi qərar verdi. Biz onunla mütəmadi olaraq danışırdıq. Natiq deyirdi ki, biz qələbə qazanacayıq. Mən geri dönən kimi toyumuzu edərik. Hər dəfə mənə toya hazırlaşmağımı deyirdi. Mən onunla sonuncu dəfə danışanda çox sakit, təmkinlə danışırdı. Indi başa düşürəm ki, mənimlə halallaşırmış. Sonradan xəbər gəldi ki, o, Şəhidlik zirvəsinə ucalıb. Bu gün bizim təsəllimiz odur ki, torpaqlarımız işğaldan azad olub. Ordumuz qəhrəmanlıq göstərib. Mən övladımla fəxr edirəm. Heç yadımdan çıxmır. Natiq könüllü gedəndə mənə demişdi: “Sən öğlunla fəxr edəcəksən. Sanki o, hər şeyi hiss edirdi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin”. 

Biz də Şəhidlərimizin məkanı cənnət, ruhu şad olsun deyirik.  Fikrimizi bu kəlamla  yekunlaşdırırıq. Şəhidlər ölməz-Vətən bölünməz!

 

Fact-info.az




Baxış sayı: 430
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031