Fact-info.az xəbər verir ki, nümayəndələr əvvəlcə poliqonda təlim iştirakçıları üçün yaradılan şəraitlə tanış olublar. Xarici hərbi kontingentin yerləşdiyi yerlərə və yeməkxanaya baxış keçirilib.
Sonra Azərbaycan Ordusunun təlimə cəlb edilən hərbi qulluqçuları tranşey döyüşü nümayiş etdiriblər.
Azərbaycan, Qırğızıstan, Özbəkistan və Tacikistan nümayəndə heyəti komandanlığın idarəetmə məntəqəsinə gəlib.
Təlim iştirakçılarının hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verildikdən sonra təlimdə icra ediləcək fəaliyyətlər barədə xəritə üzərində və videokonfrans vasitəsilə məruzələr dinlənilib.
Sonda qonaqlar "Birləşdik - 2024" beynəlxalq təliminin taktiki epizodunu izləyiblər.
Məhdudgörmə şəraitində qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə tapşırıqlar təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıqla icra edilib.
Baxış sayı: 100
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
