Bu gün VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının ilk sədri Sadiq Qurbanovun doğum günüdür. Bu münasibətlə Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov öz dostunu səmimi şəkildə təbrik edib.
Səməd Vəkilov, Sadiq Qurbanovun yubileyi münasibətilə 2022-ci ildə ona sürpriz olaraq təqdim etdiyi "Sədaqət və cəsarət kredosu" adlı kitabı ilə bağlı da məlumat verib. Kitab 2022-ci ildə "İzə" Nəşriyyatında çap olunub və kitabın məsləhətçisi və ön sözün müəllifi professor Seyfəddin Rzasoy, redaktorları isə şair Mübariz Piri və jurnalist Ayaz Süleymanlıdır.
Kitabda Sadiq Qurbanovun soy-kökü, uşaqlığı, gəncliyi, tələbəlik illəri və siyasi fəaliyyətinin bütün xarakterik cizgiləri ətraflı şəkildə təsvir olunub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin gənclər platformasının lideri kimi "Yaş senzi" mitinqlərinin təşkil olunması ilə bağlı fəaliyyəti də geniş şəkildə əks olunub.
Səməd Vəkilov dostuna bu səmimi təbrikləri ilə doğum günündə sevinc və uğurlar arzu edib:
"Doğum gününüz mübarək olsun, əziz dostum!"
Baxış sayı: 200
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
