FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan və Pakistan bir-birini dəstəkləyən qardaş ölkələrdir
12-07-2024, 10:30 | SİYASƏT
Azərbaycan və Pakistan bir-birini dəstəkləyən qardaş ölkələrdir

Məlumdur ki, Azərbaycanın müstəqilliyinin ilk illəri son dərəcə ağır keçib. Demək olar ki, bütün sahələr böhran içində idi, iqtisadi, siyasi tənəzzül getdikcə dərinləşirdi. Bir tərəfdən də işğalçı Ermənistanın ərazilərimizi hərbi yolla zəbt etməsi, vətəndaşlarımızın məcburi köçkün vəziyyətinə düşməsi vəziyyəti daha da gərginləşdirirdi. Bundan başqa, ölkəmizin həm daxili, həm də xarici siyasətində çaşqınlıq hökm sürürdü, vahid dövlət siyasəti formalaşmamış, ortada konkret mövqe də yox idi. Təbii ki, bütün bunlar xarici ölkələrlə münasibətlərin qurulmasına, ümumiyyətlə, ölkəmizin mövcud beynəlxalq sistemə daxil olmasına ciddi maneələr yaradırdı. Belə bir durumda bizə ürəkdən dəstək verən, Türkiyədən sonra dövlətimizin müstəqilliyini ikinci tanıyan, ilk diplomatik münasibətlər quran qardaş Pakistan olub. Dost ölkə bu əlaqələrə hər zaman xüsusi önəm verib və daim gündəmdə saxlayıb. Odur ki, Azərbaycan-Pakistan əlaqələri bu illər ərzində yüksələn xətlə inkişaf edib, strateji müttəfiqlik səviyyəsinə çatıb.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin dekabrında beynəlxalq tədbir çərçivəsində həmin vaxt Pakistanın Baş naziri olmuş Benazir Bhutto ilə görüşünü xatırladan AHİK sədri bildirib ki, məhz bundan sonra təmaslar və qarşılıqlı səfərlər intensivləşdi, ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoydu: “1995-ci ildə Pakistanın ovaxtkı prezidentinin ölkəmizə, 1996-cı ildə isə Ümummilli Lider Heydər Əliyevin qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizdə yeni səhifələr açdı. Dövlətimizin başçısı İlham Əliyev ilk dəfə prezident seçildikdən sonra da Pakistanla əlaqələr ölkəmizin xarici siyasətində prioritet olub, yüksək səviyyəli münasibətlər davam etdirilib. Qarşılıqlı rəsmi və işgüzar səfərlər, eləcə də beynəlxalq tədbirlər çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində baş tutan görüşlər, faydalı əməkdaşlığa dair aparılan müzakirələr münasibətlərin dinamikasına təkan verib, bir çox sahələr üzrə əməkdaşlığın genişlənməsinə şərait yaradıb”.

Səttar Möhbalıyev keçmiş Qarabağ münaqişəsi ilə bağlı qardaş ölkənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyi xüsusilə vurğulayıb: “Ümumiyyətlə, münaqişə dövründə Azərbaycanın xarici siyasətinin əsas istiqamətini Ermənistanın işğal siyasətini dünyaya çatdırmaq və onun həllinə nail olmaq təşkil edib. Həmin dönəmlərdə Pakistan bizim haqq işimizə səmimi-qəlbdən dəstək verib, qəti və birmənalı mövqe sərgiləyərək ölkəmizin ərazi bütövlüyünü qlobal aləmdə davamlı şəkildə müdafiə edib, Azərbaycan dövləti və xalqı ilə həmrəy olub. Pakistan bu səbəbdən Ermənistanla diplomatik münasibətlər qurmayıb, hətta onun müstəqilliyini, bir dövlət kimi varlığını belə tanımayıb. Yeri gəlmişkən, Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul olunmasında rəsmi İslamabadın xüsusi xidmətləri danılmazdır. Bütün bunlar, sözsüz ki, haqq və ədalətə söykənən siyasətdir, səmimi və təmənnasız dostluğun təzahürüdür”.

O qeyd edib ki, eyni zamanda, dünyaya səs salan, bənzərsiz Qələbə ilə tariximizdə yeni səhifə açan, təcavüzkar ordunun məhvi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi zamanı dost ölkə möhtəşəm dəstəyini ifadə edərək Azərbaycanın yanında olduğunu rəsmən bəyan etdi. Hər gün Pakistanın mediası yenilənən xəbərlərlə müharibə ilə bağlı məlumatlar verir, reallığı, əsl həqiqəti qardaş ölkə və dünya ictimaiyyətinə çatdırırdı. Qələbə xəbərlərinə isə qardaş xalqın nümayəndələri bizim qədər sevinir, sosial şəbəkələr vasitəsilə hisslərini bölüşürdülər. Buna minnətdarlıq rəmzi olaraq ölkəmizin hər yerində Pakistanın bayrağı bizim bayraqla birgə qaldırılırdı. Nəzərinizə çatdırım ki, Cəmmu və Kəşmir məsələsində də Azərbaycanın mövqeyi dəyişməzdir. Belə ki, dövlətimiz problemin beynəlxalq hüquq çərçivəsində, BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir.

AHİK sədri Səttar Möhbalıyev Azərbaycanı-Pakistan münasibətlərinin inkişafında Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayaraq qeyd edib: “Ölkəmizdə və dünyada bir sıra nəcib missiyaların, humanitar layihələrin müəllifi olan Heydər Əliyev Fondu Pakistanda da sosialyönümlü işlər görüb. Fondun dəstəyi ilə qardaş ölkədə pulsuz tibbi diaqnostika və əməliyyatlar həyata keçirilib, dəfələrlə xeyriyyə tədbirləri təşkil olunub. Bilavasitə Mehriban xanım Əliyevanın dəstəyi ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub. Təbii ki, qeyd etdiklərim Fond tərəfindən qardaş ölkədə görülən işlərin sadəcə bir qismidir. Bu möhtəşəm xidmətlərinə görə, Mehriban xanım dəfələrlə Pakistanın ali mükafatları ilə təltif olunub”.

Prezident İlham Əliyevin qardaş ölkəyə budəfəki səfərinin münasibətlərimizin gələcək inkişafı baxımından böyük önəm kəsb etdiyini vurğulayan Konfederasiya sədri bildirib: “Öncə onu deyim ki, dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında dost ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Bu, Azərbaycan Prezidentinə xüsusi hörmətin və dərin ehtiramın əlamətidir. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr, həmçinin imzalanan sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə, strateji tərəfdaşlığın genişlənməsinə və inkişafına ciddi təsir edəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatında ölkəmiz, Prezident İlham Əliyev haqqında səsləndirdiyi səmimi fikirlər, iki ölkənin dostluğunun səviyyəsini əks etdirən ifadələr, həqiqətən də qürurvericidir. Prezident İlham Əliyev də çıxışında ikitərəfli münasibətlərdə bir sıra vacib məqamlara toxundu, xüsusilə iqtisadiyyat, ticarət və sərmayələr sahəsində tərəfdaşlığın gücləndiriləcəyini bəyan etdi. Eləcə də beynəlxalq səviyyədə qardaş ölkələrin bir-birini müdafiə edəcəyi, həmrəylik göstərəcəkləri xüsusi olaraq qeyd olundu. Bu, göstərir ki, Azərbaycanla Pakistanın əlaqələri mövcud və yeni əlavə olunmuş istiqamətlər üzrə bundan sonra da dinamik inkişaf edəcək”.




Baxış sayı: 70
Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Bu gün, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Bu gün, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Bu gün, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Bu gün, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb Dünən, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub Dünən, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region Dünən, 12:30 Bəzi sözlərin mənşəyi haqqında Dünən, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu Dünən, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir Dünən, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib Dünən, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub Dünən, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN Dünən, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00 Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir 18-09-2026, 11:00 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 11 nəfər saxlanılıb 18-09-2026, 10:30 Azərbaycan Britaniya ilə yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığı müzakirə edib 17-09-2026, 20:00 Üzeyir Hacıbəyli Festivalının proqramı açıqlanıb 17-09-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930