İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi 30 iyulda İran parlamentində təşkil olunacaq.
Fact-info.az xəbər verir ki, bunu İran parlamenti Rəyasət Heyətinin sözçüsü Əlirza Səlimi deyib.
Onun sözlərinə görə, mərasim İran prezidenti Ali Lider Ayətulla Seyid Əli Xamenei tərəfindən təyin olunduqdan sonra yerli yüksək səviyyəli rəsmilər və müxtəlif ölkələrdən rəsmilərin iştirakı ilə təşkil ediləcək.
Yeni prezident andiçmə mərasimindən sonra 2 həftə ərzində proqramını və hökumətin tərkibini parlamentə təqdim etməlidir. Parlamentdə təqdim olunan nazirlərə etimad səsinin verilməsi ilə bağlı bir həftə ərzində müzakirələr aparılacaq.
Qeyd edək ki, İranda 5 iyulda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda "İslahatçılar" düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian təxminən 16,4 milyon səslə qalib gəlib. Onun rəqibi "Mühafizəkarlar" düşərgəsinin nümayəndəsi Səid Cəlili isə 13,5 milyon səs toplayıb.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.
Baxış sayı: 160
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
