FACT-INFO.AZ » SİYASƏT » “Bəyannamə ilə türk dövlətləri yeni bir ittifaqın yaranmasının anonsunu verdilər”
9-07-2024, 18:00 | SİYASƏT
“Bəyannamə ilə türk dövlətləri yeni bir ittifaqın yaranmasının anonsunu verdilər”

“Türk dövlətləri liderlərinin Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə görüşü ilk növbədə Azərbaycan tərəfindən bölgədə yaradılmış yeni reallıqların beynəlxalq səviyyədə daha bir təsdiqidir. Bu görüşü və orada aparılan müzakirələri beynəlxalq siyasət kontekstindən dəyərləndirməli olsaq bu keçmiş Azərbaycan-Ermənistan münaqişəsinə bənzər etno-siyasi qarşıdurmalara türk dövlətlərinin vahid yanaşma prinsiplərini nümayiş etdirir”. Bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, bununla türk dövlətləri bu kateqoriyadan olan münaqişələrin həllinə və nəticələrinə yeni ədalətli yanaşma presedenti yaradırlar: “Bu, öz-özlüyündə həm də beynəlxalq siyasətdə yeni dəst-xətdir və ənənəvi dünya düzənində baş verən mütərəqqi dəyişikliklərdən xəbər verir.

Digər tərəfdən, bu Zirvə görüşü türk xalqlarının əsrlər boyu can atdığı birlik və bərabərlik siyasətinin reallaşmasının xəyal deyil, reallıq olduğunu göstərən daha bir mütərəqqi təşəbbüsdür. Bu təşəbbüsün mərkəzində Azərbaycan dövləti və Prezident İlham Əliyev dayanır. Prezidentin inauqurasiya mərasimində türk dünyası ilə bağlı söylədiyi fikirlərin məntiqi davamı kimi biz bütün türk dövlətlərinin başçıları tərəfindən Şuşada Qarabağ Bəyannaməsinin imzalandığını gördük. Bu Bəyannaməni yaxın perspektivdə türk dövlətləri arasında inteqrasiya proseslərinin dərinləşdirilməsini hədəfləyən çoxşaxəli fəaliyyət proqramının preambulası da hesab etmək olar”.

Millət vəkili əlavə edib ki, doğrudur, praktik baxımdan belə bir ittifaqa nail olmaq üçün hələ çox işlər görülməlidir: “Lakin Qarabağ Bəyannaməsinə imza atmaqla türk dövlətlərinin liderləri faktiki olaraq beynəlxalq siyasət üçün vahid siyasi, iqtisadi, hərbi, mədəni əsaslara malik olacaq yeni bir ittifaqın yaranmasının anonsunu vermiş oldular. Bu hər bir türk xalqının tarixinə yazılacaq cəsarətli bir siyasi addımdır. Bu XXI əsrdə dünya türklüyünün yeni bir siyasi, iqtisadi, mədəni inkişaf mərhələsinə qədəm qoymasının müjdəsidir. Bu türk xalqlarının tarixində yeni bir mənəvi yüksəliş dövrünün başlanğıcından xəbər verir”.




Baxış sayı: 30
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30