Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə elan olunmuş qrant müsabiqəsi ilə bağlı açıq infosessiya keçiriləcək.
Nazirlikdən Fact-info.az-a bildirilib ki, infosessiya iyulun 10-da saat 16:00-da Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində təşkil olunacaq.
İnfosessiya çərçivəsində nazirlik nümayəndələri və Müsabiqə komissiyasının üzvləri tərəfindən iştirak şərtləri, prioritet istiqamətlər və alt mövzular, layihə təklifi ilə bağlı tələblər barədə ətraflı məlumat veriləcək. Tədbirdə müsabiqə ilə maraqlanan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edə bilərlər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən iyulun 4-də qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan olunub. Müsabiqəyə müraciət üçün son tarix avqustun 2-sidir.
Sənədlərin qəbulu grants.culture.az internet resursu üzərindən elektron formada həyata keçirilir.
Baxış sayı: 135
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
