FACT-INFO.AZ » SİYASƏT » Hulusi Kılıç: "Qarabağ Bəyannaməsi Türk dünyasında əməkdaşlığın yol xəritəsidir"
8-07-2024, 08:30 | SİYASƏT
Hulusi Kılıç: "Qarabağ Bəyannaməsi Türk dünyasında əməkdaşlığın yol xəritəsidir"

"Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısının yekunları üzrə qəbul edilən Qarabağ Bəyannaməsi türk dövlətləri arasında gələcək əməkdaşlığın yol xəritəsi oldu. Əminəm ki, bu Bəyannamənin bəndləri TDT-nin gələcək sammitləri zamanı nəzərə alınacaq və əsas götürüləcək".

Fact-info.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Kılıç qeyd edib ki, Türk Dövlətləri Təşkilatı addım-addım dövlətlərin və xalqların gələcək inkişafına təsir göstərən struktura çevrilir. “Şuşada keçirilən sammitin iştirakçıları birlik və əməkdaşlığın vacibliyini qeyd edərək, TDT-nin etibar edilən və dinlənilən güclü struktura çevrilməsinin tərəfdarı oldular. Türk ailəsi ideyası ətrafında birləşməyin zəruriliyi vurğulanıb”, - deyə keçmiş səfir qeyd edib.

Onun sözlərinə görə, bu qəbildən olan sammitlər Şuşanı TDT-nin siyasi mərkəzlərindən birinə çevirərək, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına kömək edir. “Şuşada keçirilən sammit həm də Bakının tərəfdaşlarını Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpası istiqamətində aparılan genişmiqyaslı işlərlə tanış etmək üçün yaxşı fürsət oldu”, - deyə “İMZA” birliyinin nümayəndəsi bildirib.

Türkiyəli ekspert Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Respublikasının (ŞKTC) lideri Ersin Tatarın Şuşaya dəvət edilməsi ilə bağlı qərarını yüksək qiymətləndirib. “Şuşada keçirilən qeyri-rəsmi TDT sammiti, şübhəsiz ki, ŞKTC-nin üzləşdiyi maneələrin dəf edilməsi yolunda yeni tramplin oldu”, - deyə Kılıç bildirib.




Baxış sayı: 90
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30