FACT-INFO.AZ » MEDİA » Türkiyə mediası: Şuşa Zirvə görüşü türk dünyasının birliyi yolunda mühüm addımdır
7-07-2024, 18:00 | MEDİA
Türkiyə mediası: Şuşa Zirvə görüşü türk dünyasının birliyi yolunda mühüm addımdır

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı xəbər agentlikləri, televiziya kanalları və mətbu nəşrləri bir gün əvvəl Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünü geniş işıqlandırıblar.

Fact-info.az xəbər verir ki, “Sabah” qəzeti Şuşa Zirvə görüşü barədə “Bizim gücümüz birliyimizdədir” sərlövhəli məlumat verib. Materialda Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrin türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilməsinin zəruriliyi haqqında söylədiyi fikirlər sitat gətirilir. Bu görüşün türk dövlətləri arasında əlaqələrin daha da konsolidasiyası və möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanır.

Türkiyənin NTV telekanalı hazırladığı reportajda Türkiyənin xarici işlər naziri Hakan Fidanın tezliklə türk dünyasının vahid əlifbasını yaratmaq çağırışına diqqət çəkib.

DHA və Anadolu xəbər agentlikləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Şuşadakı çıxışı barədə ətraflı məlumat veriblər.

Materiallarda Türkiyə nümayəndə heyətinin rəhbərinin Qarabağın tarixən Azərbaycana məxsus olduğu, Ankaranın BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransına (COP31) ev sahibliyi etməyə hazır olması və Orta Nəqliyyat Dəhlizinin inkişafının əhəmiyyəti barədə söylədiyi fikirlərə diqqət yetirilir.

“Hürriyyət” qəzetinin yazılarında Ankaranın Ermənistanla dialoqa dair mövqeyi, vahid türk əlifbasının yaradılması, Türkiyənin Ukraynada müharibəyə son qoymaq səyləri və ŞKTC xalqının hüquqlarının təmin edilməsinin vacibliyinə diqqət yetirilir.

Nəşr Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxışından bəhs edərək, onun Yaxın Şərqdə qırğını dayandırmağın zəruriliyi ilə bağlı sözlərini sitat gətirir: “Türk dünyası bölgədəki humanitar dramdan üz çevirməməlidir”.

ŞKTC mediası da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün türk dünyasında birlik və əməkdaşlıq baxımından əhəmiyyətindən yazıb.




Baxış sayı: 85
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30