BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim məsələləri üzrə Azərbaycan və İsrail arasında əməkdaşlığı genişləndirmək üçün əla fürsətdir.
Fact-info.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bıstritski “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“COP29 iqlim dəyişikliyi məsələlərində İsrail və Azərbaycan arasında əməkdaşlığı genişləndirmək üçün əla fürsətdir. Biz hər iki ölkənin ekspertlərinin onlayn görüşündə iştirak etdik. Bu görüşdə oxşar səhralaşma problemləri və onların mümkün həlli yolları müzakirə edilib”, - o qeyd edib.
Diplomat vurğulayıb ki, İsrail tərəfi Bakıda keçiriləcək iqlim konfransı çərçivəsində birgə paralel tədbirlər keçirməyi planlaşdırır.
Baxış sayı: 120
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
