FACT-INFO.AZ » MƏDƏNİYYƏT » MƏDƏNİ İRSIMİZ DÜNYA MƏDƏNİYYƏTİ KONTEKSTİNDƏ: UNESCO-nun “Dünya yaddaşı” reyestrinə daxil olan nümunələrimiz
3-07-2024, 21:00 | MƏDƏNİYYƏT
MƏDƏNİ İRSIMİZ DÜNYA MƏDƏNİYYƏTİ KONTEKSTİNDƏ: UNESCO-nun “Dünya yaddaşı” reyestrinə daxil olan nümunələrimiz

Çoxəsirlik zəngin mədəni irisə malik olan Azərbaycanın maddi və qeyri -maddi mədəni irsi  onun milli özünəməxsusluğunun əsasını təşkil edir. Qloballaşma fonunda milli özünəməxsusluğu ehtiva edən mədəni irs nümunələrinin mühafizəsi, tədqiqi və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqı çağdaş dönəmdə müstəqil dövlətini bərpa etdikdən sonra özünəməxsusuluğunun qorunması və milli təhlükəsizliyini təhdid edən halların aradan qaldırılmasını starteji milli hədəfi müəyyən etmişdir.

Azərbaycan dövlətinin qəbul etdiyi qanunvericilik (milli və beynəlxalq) sisitemi dünyanın unversal mədəni dəyərlərinə hörmət hissini aşılamaqla bərabər milli dəyərlərinin qorunmasını qarşısına məqsəd qoymuşdur.

Azərbaycan Respublikası həmçinin milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri müəyyən edilərkən elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunmasını xüsusi vurğulayaraq  Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlməsi strateji hədəf kimi müəyyənləşdirmişdir.  Azərbaycan Respublikasının milli maraqlarının əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi, həmçinin dünya azərbaycanlılarının daşıdığı dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi əsas hədəf kimi götürülmüşdür.

Mədəni irsin tədqiqi mühafizəsi qorunması və gələcək nəsillərə çatdırılması ümummili starteji hədəfimiz olmaqla bərabər milli mədəniyyətimiz eyni zamanda  ümumibəşəri səciyyə daşımaqla dünya mədəni irsinin vacib tərkib hissəsidr. Bu mənada dünyada ən böyük mədəniyyət təşkilatı olan UNESCO və   Azərbaycan  əlaqələri mühüm əhəmiyyət daşıyır. Xalqımızın  zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və digər ölkələr tərəfindən özününküləşdirilmə cəhdlərinin qarşısının alınmasında    UNESCO-nun “Dünya Yaddaşı”  beynəlxalq reyestrinin  rolu danılmazdır. Azərbaycan Respublikası bu platformada mədəni irs nümunələrinin təqdim olunmasına həssaslıqla yanaşır.  Odur ki, UNESCO-nun “Dünya Yaddaşı”  beynəlxalq reyestrinə daxil olan nümunələrimiz barədə məlumatların hazırlanmasını önəmli hesab edirik.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda qədim dövrə aid 390 tibbi sənədlər toplanıb. Onlardan 363 əlyazması IX əsrə aiddir. Onların əksəriyyəti ərəb dilində - ərəb xətti ilə yazılan əlyazmalardır. Bunlardan 70 əlyazma ərəb dilində, 71-i - türk dilində (türk, tatar, kumık, özbək), qalanları isə fars dilindədir. 

13-17 iyul 2005-ci ildə UNESCO-nun Çin Xalq Respublikasında keçirilən növbəti yığıncağında Tarixi Abidələrə dair Beynəlxalq Komitənin zəmanəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan orta əsrlər təbabətindən və əczaçılığından bəhs edən üç əlyazma Dünyanın Yaddaşı Proqramının reyestrinə daxil etmişdir. Bu proqram, bəşəriyyətin nadir və əvəzolunmaz yazı abidələrini əhatə edir. Qərarı təsdiq edən Sertifikat UNESCO-nun rəhbəri Dr. K. Matsuura tərəfindən Əlyazmalar İnstitutuna təqdim edilmişdir. 

Bu üç əlyazma - İbn Sinanın "Tibb elminin qanunu" əsərinin II cildi, Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "əl-Məqalə əs-Sələsun" əsərinin əlyazmasının XIII əsr nüsxəsidir.

Dünya tibb elminin inkişafında müstəsna xidmətləri olmuş  İbn Sinanın “Dünya Yaddaşı”  reyestrinə  daxil edilmiş əsəri haqqında aşağıdakı məlumatları bilmək zəruridir.

Qərbdə Avisenna (980-1037) kimi tanınan İbn Sinanın "Tibbin Kanonu" ("Təbabət elminin qanunu", 1030) adlı əsərinin ikinci cildinin ən qədim nüsxəsi (əlyazma) mövcuddur və ərəb dilində yazılmış tibbə və farmakologiyaya aid məşhur risalədir. Bu  əlyazma 1143-cü ildə (Hicrə ilə 537) müəllifin ölümündən 104 il sonra Bağdadda nəsx xətti ilə köçürülüb.

Bu ikinci cild əsasən farmakologiya sahəsinə aiddir. Burada bitkilər, minerallar və heyvan maddələrindən yüzlərlə təbii dərmanların təsvirləri var. Müəllifin ölümündən 106 il sonra yenidən köçürülmüş “Tibbin Kanonu” ("Təbabət elminin qanunu") dünyada ən qədim və unikal əlyazmalardan biri sayıla bilər. Avisennanın əlyazmaları dünyada ən mötəbər hesab edilir. "Tibbin Kanonu"nun ikinci cildi sonradan özbək və rus dillərinə yuxarıda qeyd olunan Bakı əlyazmasından tərcümə olunmuşdur (Daşkənd, 1982).

Buxara (Qədim İran, bu günkü Özbəkistan) yaxınlığında Əfşanə şəhərində anadan olan Avisenna  öz çox saylı tibbi müayinələrini sonradan Qədim İran və Azərbaycanda keçirmişdir. Ərəb dilində olan “Tibbin Kanonu”, həm Şərq, həm də Qərb tibb tarixində (Britannica Ensiklopediyasında göstərildiyi kimi) ən məşhur ensiklopedik kitabdır."

Orta əsrlər dövründə “Tibbin Kanonu”, bütün Müsəlman Dünyasında və Xristian Avropasında tibb elminin inkişafına öz təsirini göstərdi. XII əsrdə “Tibbin Kanonu” Kremonalı alim Jerard (1140-1187) tərəfindən ərəbdən latın dilinə tərcümə edilmiş, və Avropa universitetlərində tibbi dərslik kimi istifadə edilməyə başlamışdı. Kitab elə ehtiramla qarşılandı ki, hətta Mikelancelo bu barədə belə söyləyirdi: "Avisennaya dəstək verib və səhv olmaq, başqalarına dəstək verib düz olmaqdan daha yaxşıdır"

Əlyazma qalın ağ kağız üzərində yazılmışdır. Mətn qara, başlıq qırmızı rəngdədir; format: 18x20 sm, səhifələrin sayı: 186.

 

ADPU-nun filologiya fakultəsinin dekanı, f.ü.f.doktoru, dosent,

 UNESCO klubunun rəhbəri   Könül Həsənova

Tədqiqatçı-hüquqşünas    Səməd Vəkilov




Baxış sayı: 220
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031