“44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi güclü dəstək həm Azərbaycanın tarixi torpaqlarını erməni işğalından azad etməyə imkan verdi, həm də 1944-cü il Boraltan faciəsinin utancverici ləkəsini ölkəmizin vicdanından sildi. Həmin dövrdə Ankara bir qrup qardaş azərbaycanlını sovet hakimiyyətinə təhvil verdi və onlar dərhal güllələndi”.
Fact-info.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasının nəticələrinə görə keçirilən brifinqdə bildirib.
Türkiyə dövlətinin başçısı 176 azərbaycanlının güllələnməsini faciə adlandırıb, bu faciədə o vaxt hakimiyyətdə olan Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) təqsirkar olduğunu bildirib.
“Xalqımız 76 il Boraltan faciəsinin acısını qəlbində daşıyıb. Artıq Qarabağda 30 illik erməni işğalına son qoyuldu, Türkiyə xalqı isə Boraltan faciəsinin ləkəsindən xilas oldu. Biz bu cür hadisələrin təkrarlanmasına imkan verə bilmərik”, - deyə siyasətçi vurğulayıb.
Baxış sayı: 120
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
