Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin finalçıları elan edilib.
Fact-info.az xəbər verir ki, müsabiqənin təşkilatçlarının verdiyi məlumata görə, müsabiqəyə 50 ssenari qəbul olunub. Kinorejissor Vaqif Azəryar, ssenarist, pedaqoq Nadir Bədəlov, rejissor, prodüser Əli İsa Cabbarov, ssenarist, təlimçi Pərviz Məmmədov, kinoşünas Sevda Sultanovadan ibarət münsif heyətinin qərarı ilə ikinci mərhələyə 13 ssenari buraxılıb.
Qalib ssenarilər 2 Avqust - Milli Kino Günü ərəfəsində elan ediləcək. Qalib ssenarilər üçün müəyyən edilmiş pul mükafatları I yer – 2000 AZN, II yer – 1500 AZN, III yer – 1000 AZN təşkil edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, filmlərin dramaturji keyfiyyətini artırmaq üçün müntəzəm ssenari müsabiqələri keçirmək planlaşdırılır. İştirakçıların ssenari texnikası biliklərinin artırılması üçün müsabiqədən əvvəl kinoyazarlar üçün təlimlərin keçirilməsi də AKİ-nin planlarına daxildir.
Baxış sayı: 110
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
