İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək.
ICESCO-nun Baş direktoru Salim Əl-Malik Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə iki qurum arasında mədəniyyət, xüsusilə mədəni irsin qorunması və qiymətləndirilməsi sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edib.
Özbəkistanın Zamin şəhərində bu ölkənin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 2-ci Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində keçirilən görüşdə vurğulanıb ki, mədəni irsin qorunması və qiymətləndirilməsi ICESCO-nun yeni vizyonunun və strateji istiqamətlərinin əsasını təşkil edir, həmçinin davamlı inkişafa nail olunmasında mühüm əhəmiyyətə malikdir.
ICESCO ilə Türk Dövlətləri Təşkilatı arasında 2024-cü il iyunun 13-də imzalanmış anlaşma Memorandumuna uyğun olaraq ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında daha sıx əməkdaşlığın qurulmasının vacibliyi vurğulanıb. Bu kontekstdə türk dövlətlərindən olan gənclərin iştirakı ilə seminarların və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Baxış sayı: 135
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
