Xarici media Azərbaycanın İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alması barədə materiallar dərc ediblər.
Fact-info.az xəbər verir ki, Rusiyanın “AviaPort” profilli informasiya agentliyinin və ABŞ-ın “The Defense Post” nəşrinin materiallarında bildirilir ki, təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.
Materiallarda qeyd olunur ki, dövlət başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, əməliyyat və digər göstəriciləri barədə məlumat verilib.
“AviaPort” agentliyi Prezident Administrasiyasının məlumatına istinadla yazır: “Çətin coğrafi və əməliyyat şəraitində həm müdafiə, həm də mülki tapşırıqları yerinə yetirməyə qadir olan təyyarə hərbi daşımalar, paraşütçülərin və yüklərin havadan buraxılması, həmçinin tibbi missiyalar üçün istifadə olunacaq”.
“The Defence Post” nəşri “C-27J Spartan” təyyarəsinin Azərbaycanda hərbi-nəqliyyat əməliyyatlarında və tibbi missiyalarda istifadə olunacağı barədə məlumat verməklə yanaşı, oxucuları təyyarənin xüsusiyyətləri ilə də tanış edir. Məqalədə qeyd olunur ki, onun maksimal faydalı yük əmsalı 11500 kiloqram, ən uzaq uçuş məsafəsi isə 1760 kilometrdir. Təyyarənin güc qurğusu iki “Rolls-Royce” turbovintli mühərrikdən ibarətdir.
Materialların tam mətni ilə göstərilən media orqanlarının saytlarında tanış olmaq mümkündür.
Baxış sayı: 160
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
