COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var.
Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
London İqlim Həftəsi çərçivəsində COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova müxtəlif tədbirlərdə iştirak edib, müxtəlif ikitərəfli görüşlər keçirilib.
“COP29-un hazırlıq prosesinə Britaniyada kifayət qədər böyük maraq var. Bizim COP29-a hazırlığımız, prioritetlərimiz ilə bağlı çoxsaylı suallar oldu. Yüksək rəsmilərin iştirak etdikləri bu tədbirlərdə COP29-da hansı istiqamətləri rəhbər tutacağımız, beynəlxalq tərəfdaşlarla necə işləyə biləcəyimiz ilə bağlı ətraflı məlumat verildi”, - deyə baş danışıqçı qeyd edib.
Baxış sayı: 105
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
