Ukrayna öz tərəfdaşları ilə birlikdə İsveçrədə keçirilən sülh sammitinin nəticələrinə görə Rusiya Federasiyasını bir neçə ay ərzində sülhə məcbur edəcək fəaliyyət planı hazırlamalıdır.
Siyasətçinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Bunu necə edəcəyimizə dair çox aydın yolumuz var. Biz bütün liderləri birinci sammitə dəvət etdik. Müxtəlif qitələrdən bu qədər çox ölkə toplamaq çox çətin idi. İndi biz növbəti addımları atmalıyıq. Növbəti addımlar bu müharibənin ölkəmizə gətirdiyi böhran üçün ətraflı addımların planlaşdırılması və təfərrüatlı planın olmasıdır”, -deyə Zelenski bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, müharibəyə son qoymaq planı ikinci Sülh sammitində müzakirə edilməlidir.
“Bizim çox vaxtımız yoxdur, çünki döyüş meydanında və mülki əhali arasında çoxlu yaralı və ölülərimiz var. Ona görə də bu müharibənin illərlə davam etməsini istəmirik. Məhz bu səbəbdən biz bu baş planı hazırlayıb ikinci Sülh sammitinin masasına qoymaq istəyirik”, - deyə Prezident vurğulayıb.
Baxış sayı: 80
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
