Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən Azərbaycan, ingilis və rus dillərində “COP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, altı bölmədən ibarət olan layihənin “COP” adlı birinci bölməsində COP-un tarixi, indiyədək keçirilmiş konfransları haqqında məlumat verilir.
“COP29” bölməsində ölkəmizin bu mötəbər beynəlxalq tədbirə hazırlığı, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi, Sədrlik haqqında materiallar öz əksini tapır.
“Rəsmi sənədlər” və “Xronika” bölmələrində bu konfransla bağlı Prezidentin imzaladığı fərman və sərəncamların, AZƏRTAC-ın və digər informasiya agentliklərinin məlumatlarının tam mətnləri toplanıb.
“E-resurslar” bölməsində layihənin mövzusuna dair Prezident Kitabxanasının fondunda olan müxtəlif dillərdə kitablar və dövri mətbuatdan seçilmiş məqalələrin tam mətnləri təqdim edilir. “Biblioqrafiya” bölməsində “COP29 Azərbaycan”la bağlı dövri mətbuatda müxtəlif dillərdə dərc edilmiş məqalələrin biblioqrafik təsvirləri toplanır.
Elektron layihənin bölmələri mütəmadi olaraq yenilənir.
Baxış sayı: 90
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
