Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq. Otuz ildir bizim torpaqlarımızı işğal etmişdilər. Nə oldu? Qərarlar qəbul edirdilər, ancaq bu qərarların arxasında heç nə durmurdu. Torpaqlarımızın 20 faizi işğal olunmuşdu, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var idi. Bunun haqqında heç kim danışmır.
Bu fikirləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində söyləyib.
Qarabağdan köçən ermənilərə Azərbaycan tərəfindən bütün şəraitin yaradıldığını söyləyən nazir qeyd edib: “Heç kim onları buradan qovmurdu, onlar özləri də gedəndə deyirdilər ki, heç kim bizi qovmur, buradan sağ-salamat çıxıb gedirik. ...Buraya BMT-dən iki qrup gəlmişdi, gəldilər gördülər. Mən axı əməliyyat haqqında deyəndə, elə belə demirdim ki, möhtərəm cənab Prezident ciddi tapşırıq vermişdi. Hörmətli Birinci vitse-prezident humanitar məsələləri ciddi nəzarətdə saxlayırdı. Onlar bilirdilər ki, bu ikili standartları bizə qarşı yenə də tətbiq edəcəklər. Ancaq biz tədbirimizi gördük. Nə qədər çalışsalar da, hələ ki, şükürlər olsun, hədəflərinə çata bilmirlər. Yığılırlar, danışırlar, nəsə deyirlər. Möhtərəm cənab Prezidentin möhkəm iradəsi bunun hamısının qarşısını alır”.
Baxış sayı: 95
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
