FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Xalq təbabətinin unudulmuş reseptlərinə dair kitabın təqdimatı olub
23-06-2024, 21:00 | MƏDƏNİYYƏT / İQTİSADİYYAT
Xalq təbabətinin unudulmuş reseptlərinə dair kitabın təqdimatı olub

Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında dəyərli elmi əsərlərin təqdimatı olub.

Botanika İnstitutundan  Fact-info.az-a bildiriblər ki, tədbirdə təqdimatı keçirilən əsələrdən biri Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayevanın “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmaları yaddaşlarından)" adlı kitabı olub. 

Təqdimat mərasimini açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, Qərbi Azərbaycan mövzusu bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ziyalılar qarşısında əsas vəzifə kimi qoyulub. Ali Baş Komandanımızın tapşırığı ilə Qarabağın işğaldan azad olunmasını, Qarabağa qayıdışı bizim müzəffər Ordumuz icra edibsə, Qərbi Azərbaycana qayıdışı da alimlər ordusu, yəni, bizlər qələmlə, sözlə, fikirlə, tarixlə, ədəbiyyatla təmin etməliyik. “Yaxşı haldır ki, 30 il ərzində Qərbi Azərbaycan əsilli alimlərimizin bir hissəsi, hətta Qərbi Azərbaycandan olmayanlar belə Qərbi Azərbaycan mövzusunu həmişə tədqiqatlarında saxlayıblar. Bu gün işığına toplaşdığımız kitab təqdimatlarının özü də ciddi bir mesajdır”, - deyə o vurğulayıb.

Professor Səyyarə İbadullayeva diqqətə çatdırıb ki, “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmaları yaddaşlarından)" adlı kitab “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına töhfə olaraq hazırlanıb və əsas məqsəd “Böyük Qayıdış” icmalarına yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq, onların istifadə yollarını öyrətməkdir.

Kitabda Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşında qalan 200-dən çox bitki və bitki yığımlarının müalicəvi təsirləri, onların istifadə üsulları haqqında etnobotaniki sorğular nəticəsində toplanmış məlumatlar və bitkilərin şəkilləri əks olunub. Nəşr  əhəmiyyətli mənbə kimi 2023-cü ildən öz doğma el-obalarına qayıtmış icmalara təqdim olunur.

Sonda müəllif kitab haqqında səsləndirilən dəyərli fikirlərə görə təşəkkürünü bildirib və məzunu olduğu Naxçıvan Dövlət Universitetində təşkil edilən möhtəşəm tədbiri qürurverici hadisə kimi qiymətləndirib.




Baxış sayı: 65
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30