FACT-INFO.AZ » SİYASƏT » BMT-də Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdəki zorakılıqları pislənilib
23-06-2024, 08:30 | SİYASƏT
BMT-də Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdəki zorakılıqları pislənilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında "Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu" mövzusunda keçirilən beynəlxalq konfransda kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislənilib. 

Fact-info.az xəbər verir ki, BMT-nin müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün illik iclası çərçivəsində baş tutan tədbirdə Fransız Polineziyasının hakim Tavini Partiyasının siyasi məsələlər üzrə direktoru Richard Tuheiava, eləcə də Saint-Martin, Korsika, Martinik, Fransız Qvianası, Qvadelupe və Bonayredən olan müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan Fransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii sərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikəri yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerli xalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.

İştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsini dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə ediblər və beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər.

Konfransın sonunda siyasi müraciət qəbul olunub. İştirakçılar BTQ tərəfindən təşkil edilən regional və qlobal tədbirlərdə iştiraklarını daha da fəallaşdırmaq, BMT çərçivəsində öz mübarizələrini gücləndirməyə dair öhdəlik götürüblər.

Xatırladaq ki, tədbirdə hazırda Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelupe, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak ediblər. Eyni zamanda El-Salvador, Argentina, Suriya, Əlcəzair, Braziliya və Fələstinin BMT-dəki daimi nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb.




Baxış sayı: 95
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30