FACT-INFO.AZ » AKTUAL » Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir
22-06-2024, 16:30 | AKTUAL
Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir

İyunun 22-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev türkmən xalqının böyük şairi Məhtimqulu Fəraqinin 300 illiyi ilə əlaqədar “Xalqları birləşdirən tarixi və mədəni dəyərlər” mövzusunda keçirilən xüsusi onlayn iclasda iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Fact-info.az-a bildiriblər ki, Türkmənistan Məclisinin təşkilatçılığı ilə keçirilən tədbirə bir çox ölkələrin parlamentariləri, beynəlxalq təşkilatların təmsilçiləri, alim və mütəxəssislər, mədəniyyət və incəsənət nümayəndələri qatılıblar.

Türkmənistan Məclisinin vitse-spikeri Qaxrıman Rozıyevin moderatorluğu ilə keçən iclasda Bəxtiyar Əliyev mövzu ilə bağlı çıxış edib. O, Məhtimqulu Fəraqinin türkmən və dünya ədəbiyyatındakı yerini, fikir və fəlsəfi düşüncə tarixindəki rolunu yüksək dəyərləndirib. Komitə sədri böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərildiyini qeyd edib, ölkəmizdə onun irsinin öyrənilməsi, təbliği və nəşri istiqamətində görülən işlərdən danışıb. Fəraqinin Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayan B.Əliyev şairin Azərbaycanda olarkən ölkəmizin insanını, təbiətini və gözəlliklərini vəsf edən “Yaylaqları var” şeirini yazdığını da deyib.

Digər çıxış edənlər böyük türkmən şairi və görkəmli mütəfəkkir Məhtimqulu Fəraqinin ideyaları və ədəbi irsinin bu gün də xalqlar arasında körpü rolu oynadığını, onun humanizmə, xalqlar arasında mənəvi birliyə, dostuq və qardaşlığa çağırış motivlərinin aktuallığı ilə seçildiyini vurğulayıblar.




Baxış sayı: 90
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031