Bu gün Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının V iclası keçirilir. Bu platforma 2021-ci ildə yaradılıb və artıq 3 ildir fəaliyyət göstərir. Bu dəfə bir sıra vacib məsələlər müzakirə olunacaq.
Fact-info.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Budəfəki tədbirin əsas əlamətdar elementi yeni reallıqda - artıq Azərbaycanın öz əraziləri üzərində suverenliyi tam bərpa etdiyi dövrdə keçirilməsidir. Artıq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işləri aparılır. Bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu iclasda bir sıra regional məsələlər, o cümlədən nəqliyyat və digər sahələrə aid vacib məsələlər müzakirə olunacaq”, - deyə F.Şəfiyev əlavə edib.
O bildirib ki, iclasda, həmçinin regional təhlükəsizliklə bağlı müzakirələr aparılacaq. “Burada söhbət qeyri-regional oyunçuların qeyri-konstruktiv fəaliyyətindən gedir. Azərbaycan bütün ölkələrlə əməkdaşlığa açıqdır - istər Avropa, istərsə də hər hansı Qərb ölkəsi olsun. Amma biz konkret olaraq Fransanın, Hindistanın mövqeyindən danışırıq. Bu ölkələrin regiona “töhfəsi” nə sülhə, nə də təhlükəsizliyə xidmət edir”, - deyə BMTM-in sədri diqqətə çatdırıb.
Baxış sayı: 170
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
