Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun “Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu”nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Fact-info.az-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi buraxılış mərasimində Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli dinləyiciləri akademik kursu bitirmələri münasibətilə təbrik edib, kursun elmi mahiyyəti, ordu quruculuğu prosesində əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, tədris müddətində dinləyicilərə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik, həmçinin xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılması, dövlət müdafiəsi və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mövzulardan mühazirələr oxunub, seminarlar, qrup çalışmaları və praktiki təcrübələr keçirilib.
Sonda məzunlara diplom və döş nişanları təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə xatirə lövhəsi vurulub.
Baxış sayı: 125
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
