Xəzər dənizinin sahilində keçirilən aksiyanın məqsədi dənizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında cəmiyyətin rolunu artırmaqdır.
Fact-info.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakıda Milli İnsan Hüquqları Gününə həsr olunmuş aksiya zamanı deyib.
O bildirib ki, ətraf mühitin qorunması və insan hüquqları “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində keçirilir: “Bugünkü aksiyamızda, həmçinin Vətəndaş Cəmiyyətinin nümayəndələri də iştirak edirlər. Aksiyamızın əsas məqsədi sahilyanı zonanın məişət tullantılarından təmizlənməsi, Xəzər dənizinin sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində cəmiyyətin rolunun artırılmasına təşviq etməkdir”.
Baxış sayı: 120
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
