FACT-INFO.AZ » İQTİSADİYYAT » COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır
18-06-2024, 15:30 | İQTİSADİYYAT
COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır.

Bu barədə  Fact-info.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) uğurlu və müsbət təsirlərinin təmin edilməsi məqsədilə tədbirə ev sahibliyi edən ölkəmiz tərəfindən aktiv hazırlıq işləri davam etdirilir. Xarici ölkələrin nümayəndə heyətlərinin konfransın Mavi Zonasında rəsmi müzakirələrdə iştirakının təmin edilməsi ilə yanaşı bu mötəbər tədbirin bir hissəsi olmaq, tərəfdaşlıq, sponsorluq və sərgiləmə imkanlarını dəyərləndirmək istəyən müxtəlif təşkilatların da maraqları nəzərə alınaraq COP29 çərçivəsində təşkil ediləcək Yaşıl Zona üzrə müraciətlərin qəbulu açıq elan edilir.

COP29 Sədrliyi tərəfindən təşkil olunan Yaşıl Zona dünyanın ən mühüm iqlim konfransını ziyarət edəcək qonaqların bu istiqamətdə fəaliyyətini genişləndirmək və iqlim dəyişmələrində individual dialoqu təşviq etmək üçün fəaliyyət göstərəcək. Yaşıl Zona öz fəaliyyətində iqlim dəyişmələri ilə mübarizə addımları sərgiləyən və bu istiqamətdə ixtisaslaşan qurumlara öz təcrübələrini, bu sahədə innovativ məhsul və həll yollarını paylaşmaqla qlobal auditoriya qarşısında öhdəliklərinin nümayişinə və eləcə də dövlət və özəl qurumlar arasında əməkdaşlığa şərait yaradan platforma rolunu oynayacaq. Ərazi dövlət və özəl sektorlar, hökumətlər, BMT-nin ixtisaslaşmış qurumları, hökumətlərarası təşkilatlar, QHT-lər, akademik dairələr, incəsənət xadimləri və vətəndaş cəmiyyətinin müxtəlif maraqlı tərəflərini vahid məqsəd ətrafında bir araya gətirəcək məkan kimi çıxış edəcəkdir.

Qlobal iqlim fəaliyyəti təşəbbüslərini inkişaf etdirmək və bu istiqamətdə real həlləri təşviq etmək məqsədi ilə interaktiv sərgilər, konfranslar, seminarlar, panel müzakirələri, eləcə də yaradıcı incəsənət instalyasiyaları, mədəni tədbirlər və çıxışların yer alacağı bu məkan noyabr ayında iqlim fəaliyyəti üçün əsl dinamik mərkəzə çevriləcək. Bakı Stadionu ətrafında Mavi Zonaya çox qısa məsafədə yerləşəcək bu ərazi öz miqyası və dizaynı ilə hər kəsin birgə fəaliyyəti üçün əlçatan və inklüziv şərait təmin edəcək və iqlim problemlərinin həllində maraqlı olan geniş ictimaiyyət üçün açıq olacaq.

Bütün bunlar nəzərə alınaraq, maraqlı təşkilatların Yaşıl Zonadan yüksək fayda əldə etməsi və buradakı imkanlardan səmərəli şəkildə yararlanması, eyni zamanda Yaşıl Zona üzrə fəaliyyətin operativ və keyfiyyətli idarə olunması məqsədilə yaradılan www.cop29greenzone.com onlayn platforması istifadəyə verilib. Təşkilat və qurumlar müxtəlif fərqli tərəfdaşlıq, konfrans və sərgi formatında iştirakçılıq təklifləri ilə bağlı məlumatları portal vasitəsilə rahatlıqla əldə edə bilərlər. Portal potensial tərəfdaşların hədəflərinə uyğun hər bir məlumatı, Yaşıl zonada qurulacaq pavilyonlar və COP29 Sədrliyinin iqlim fəaliyyəti təşəbbüslərini özündə əks etdirir, eyni zamanda innovativ yanaşma və texnologiyaların nümayiş etdirilməsi üçün geniş sərgi məkanında müxtəlif texniki parametrlərə uyğun yerlərin ayrılmasına da şərait yaradır.

Yaşıl Zonada təmsil olunmaq istəyən maraqlı tərəflər qeyd edilən platforma http://www.cop29greenzone.com vasitəsilə rəsmi müraciətlərini təqdim edə bilərlər. Qeyd edək ki, müraciətlərin qəbulu 10 iyul 2024-cü il tarixinədək davam edəcək. Yaşıl Zona ilə bağlı yarana biləcək sualların cavablandırılması üçün isə iştirak etmək istəyənlər GreenZoneSales@dmgeventsglobal.com elektron ünvanına öz sorğularını yönləndirə bilərlər.




Baxış sayı: 120
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30