İyunun 18-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Bu barədə Fact-info.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mərasimdə hərbi qulluqçular Mübariz İbrahimovun məzarını ziyarət edib, üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Anma mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edib, M. İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, Mübariz İbrahimovun göstərdiyi rəşadət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Baxış sayı: 105
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
