FACT-INFO.AZ » XƏBƏR » Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru
16-06-2024, 16:55 | XƏBƏR
Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

Xəbər verdiyimiz kimi, iyunun 15-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunmuş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının imzaladığı Şuşa Bəyannaməsi ilə dövlətlərimiz arasında mövcud olan sarsılmaz, əbədi qardaşlıq münasibətləri bir daha bütün dünyaya bəyan edilib.

Sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin hazırladığı “Biz birlikdə güclüyük!” adlı film nümayiş etdirilib.


Daha sonra beynəlxalq konfransın Milli Məclisin deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi Ramil Həsənin moderatorlğu ilə “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə” mövzusunda I plenar sessiya keçirilib.

Plenar sessiyada çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafı bilavasitə lider amili ilə əlaqədardır. Müasir Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti, əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır. Müdrik dövlət xadimi istər SSRİ dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra respublikamıza uğurla rəhbərlik edərək xalqımız üçün taleyüklü məsələlərin həllinə nail olmuşdur. Ulu Öndər müstəqillik dövründə ölkəmizi tənəzzüldən qurtararaq inkişaf yoluna çıxarmışdır.

Tahir Budaqov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Türk dünyasında da xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır və olduqca yüksək dəyərləndirilir.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Ümummilli Liderin siyasi varisi –Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı xüsusi yer tutur. Dövlətimizin başçısı Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinə, xüsusilə də Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə böyük önəm verir.

Çıxış edən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Efkan Ala Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin tarixində məhək daşı olan Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümü münasibətilə təbriklərini çatdırıb: “Doğrusunu deyim ki, bu il daha çox bəxtiyaram. Çünki artıq Şuşadan -Xarıbülbül diyarından avtobuslara minərək Xocalıya, Xankəndiyə gedəcəyik. Oralara əvvəllər olduğu kimi, daha kənardan baxmayacağıq. Bu tarixi müvəffəqiyyətə imza atan qardaş Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Bu Qələbə hamımıza böyük bir ərmağandır. Biz hər zaman Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü regionda sülhün açarı kimi qiymətləndirmişik. Uzun illər Azərbaycan torpaqlarının işğalına qarşı birlikdə mübarizə etdik. Beynəlxalq aləmdə bu məsələ ilə bağlı nümunəvi birlik nümayiş etdirdik.

Qardaş ölkələr arasında münasibətlərin digər türk dövlətləri üçün nümunə olduğunu bildirən E.Ala deyib: “İllərlə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və digər məsələlərdə biz həmişə bir yerdə olmuşuq, bu birliyimiz bundan sonra da davam edəcək. Azərbaycan və Türkiyə arasında əlaqələri müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsi həm də bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir”.

Qazaxıstanın “AMANAT” Partiyasının İcra katibi Daulet Kəribek bu beynəlxaq konfransın Türk Dövlətləri Təşkilatının inkişafına və daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını bildirib. Onun sözlərinə görə, tədbirin qardaş Azərbaycanın mədəniyyət beşiyi, 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində təşkil edilməsinin rəmzi mənası var.

“Sevindicidir ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq müstəvidə rolu artır. Hazırkı çətin geosiyasi şəraitdə TDT beynəlxalq siyasəti rasional və praqmatik xətlər üzərində saxlayan qüvvələrdən biri olmaqda davam edir. Beləliklə, TDT itkiləri minimuma endirmək yolunda bir körpü rolunu oynayır. TDT-nin dövlət başçılarının müxtəlif istiqamətlərdə inteqrasiyanı daim inkişaf etdirmək, dərinləşdirmək istiqamətində məqsədyönlü addımlar atmaları olduqca vacibdir. Müasir beynəlxalq siyasətdə Türk dünyasının əhəmiyyəti və rolu artıb. Qazaxıstan Prezidentinin qeyd etdiyi kimi, “Türk dünyası qlobal güclərlə bərabər şəraitdə qarşılıqlı fəaliyyət göstərir”. Bu, çox vacibdir, çünki hazırkı şəraitdə qlobal təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsində əsas pay “orta güclər”in üzərinə düşür”, - deyə “AMANAT” Partiyasının İcra katibi vurğulayıb.

Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Aktam Xaitov Özbəkistanın xarici siyasətinin mühüm prioritetlərindən birinin məhz dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla balanslaşdırılmış strateji tərəfdaşlıq və əməkdaşlıq sisteminin formalaşdırılması olduğunu deyib. O, Azərbaycanı Özbəkistanın zamanın sınağından çıxmış etibarlı tərəfdaşı kimi dəyərləndirib. Ölkələrimizin ortaq dilə, adət-ənənələrə malik dost dövlətlər olduğunu vurğulayan A.Xaitov son illər əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini deyib. Onun sözlərinə görə, dövlət başçılarının siyasi iradəsi Özbəkistan-Azərbaycan çoxşaxəli strateji tərəfdaşlıq münasibətləri səviyyəsində dostluq münasibətlərinə yeni ruh verib. Hər iki ölkənin dövlət başçılarının dostluq və etimada əsaslanan münasibətləri Azərbaycanla Özbəkistan arasında səmərəli əməkdaşlığın genişlənməsinə töhfə verir”.

Milli Məclisin deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi Ramil Həsən isə bildirib ki, türk dövlətləri arasında əlaqələr davamlı olaraq inkişaf edir. Onun sözlərinə görə, türk xalqlarını ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi dəyərlər, tarixi köklər birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir.

Türk dövlətlərinin coğrafi-strateji baxımdan dünyanın əhəmiyyətli bölgəsində yerləşdiyini deyən R.Həsən qeyd edib ki, bu dövlətlərin regionda sabitliyin və sülhün qorunub saxlanılmasında rolu getdikcə artır.




Baxış sayı: 165
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031