FACT-INFO.AZ » XƏBƏR » Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər
16-06-2024, 11:00 | XƏBƏR
Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər

Müqəddəs Qurban bayramı respublikamızın bütün bölgələrində olduğu kimi işğaldan azad edilmiş Şuşa şəhərində də qeyd edilib.

 Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarəti altında qurban kəsilib.

AQTA Qarabağ regional bölməsi tərəfindən qurbanlıq heyvanların kəsimi zamanı baytarlıq-sanitariya norma qaydalarına nəzarət edilib. Şuşa şəhər yeni yaşayış kompleksində quraşdırılan müasir tələblərə cavab verən səyyar heyvan kəsimi çadırlarında qurbanlıq heyvanların kəsimi baytarlıq nəzarəti altında həyata keçirilib. Eyni zamanda, ərazidə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası da fəaliyyət göstərir.

AQTA Qarabağ regional bölməsinin rəisi Nicat Quliyev bildirib ki, Qurban bayramı ilə əlaqədar işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Ağdərə rayonunun Talış kəndlərində, həmçinin ilk dəfə olaraq Şuşa, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların kəsimi və satışı təşkil edilib.

Kəsilən qurbanlar yeni köçən ailələrə ailə paylanıb. 32 ildən sonra ilk dəfə doğma yurdlarında Qurban bayramını qeyd edən Şuşa sakinləri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şuşa şəhər sakini Füruzə Quliyeva bayram sevincini bölüşərək deyib: “Özümü çox xoşbəxt hesab edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Prezidentimizin qətiyyəti, Ordumuzun gücü sayəsində bu gün doğma Şuşamızdayıq. Çox xoşbəxt insanlarıq ki, bu gün burada Qurban bayramını qeyd edirik. Bu günləri böyük həsrətlə gözləyirdik. Azərbaycan xalqının bayramını təbrik edirəm”. (Azərtac)




Baxış sayı: 120
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30