FACT-INFO.AZ » QHT » Ombudsman: İqlim dəyişikliyi kontekstində insan hüquqlarının müdafiəsi üçün qlobal strategiyaların həyata keçirilməsinə ehtiyac var
14-06-2024, 19:00 | QHT
Ombudsman: İqlim dəyişikliyi kontekstində insan hüquqlarının müdafiəsi üçün qlobal strategiyaların həyata keçirilməsinə ehtiyac var

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Ətraf mühitlə bağlı çətinliklər: dəyişən dünyada insan hüquqlarının gələcəyi, dayanıqlı həll yolları üçün axtarış” mövzusunda keçirilən İnsan Hüquqları üzrə IV Səmərqənd Forumuna onlayn qaydada qoşularaq məruzə ilə çıxış edib.

Ombudsman Aparatından Fact-info.az-a bildiriblər ki, müvəkkil çıxışında hazırda dünyada mövcud olan qlobal iqlim problemlərinin insan hüquqlarının gələcəyi ilə bağlı bir sıra narahatlıqlara əsas yaratdığını bildirib. S.Əliyeva iqlim dəyişikliyi kontekstində insan hüquqlarının müdafiəsi üçün qlobal strategiyaların həyata keçirilməsinə, habelə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən ombudsman bu il ölkəmizin BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini də forum iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, ölkəmizdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı mühüm səylər göstərildiyi, o cümlədən dövlət proqramları, fəaliyyət planları və strategiyaların qəbul edilərək həyata keçirildiyi vurğulanıb.

S.Əliyeva, həmçinin silahlı münaqişələrin ətraf mühitin çirklənməsində əsas amillərdən biri olması məsələsinə diqqət çəkib. Ölkəmizin uzun illər işğaldan əziyyət çəkdiyini qeyd edən müvəkkil azad olunmuş ərazilərimizə səfərləri zamanı biomüxtəlifliyə, su mənbələrinə, flora və faunaya ciddi zərər vurulduğuna dair faktların aşkarlandığını bildirib.

Bundan başqa, ombudsman işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış yüz minlərlə partlamamış minanın və hərbi sursatın hazırda keçmiş məcburi köçkünlərin həmin ərazilərə qayıdışını ləngitdiyini, insanların həyat və sağlamlığına ciddi təhdid törətdiyini diqqətə çatdırıb. O, həmçinin İkinci Qarabağ müharibəsinin başa çatdığı dövrdən etibarən əksəriyyəti mülki şəxslər olmaqla 361 vətəndaşımızın mina qurbanına çevrildiyini, dağıdılmış infrastrukturun, eləcə də ekosistemin bərpasının uzun müddət və böyük maliyyə resursları tələb etdiyini söyləyib.

Eyni zamanda, ombudsman müharibə və postmüharibə dövrlərində həyata keçirdiyi faktaraşdırıcı missiyaların nəticələri əsasında hazırlanmış xüsusi hesabat, bəyanat və müraciətlərin müvafiq beynəlxalq təşkilatlara, xarici ölkələrin milli insan hüquqları institutlarına və ombudsmanlarına ünvanlandığını bildirib.

Yekunda S.Əliyeva ekoloji hüquqların müdafiəsi və təşviqi üçün yeni yanaşmaların, birgə əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.




Baxış sayı: 150
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30