FACT-INFO.AZ » SİYASƏT » Səttar Möhbalıyev: “Milli Qurtuluş Günü müasir dövlətçilik salnaməmizin ən şərəfli səhifəsidir”
14-06-2024, 12:30 | SİYASƏT
Səttar Möhbalıyev: “Milli Qurtuluş Günü müasir dövlətçilik salnaməmizin ən şərəfli səhifəsidir”

“Yaşadığımız tarix, mahiyyətini dərk etdiyimiz reallıqlar onu deməyə əsas verir ki, Milli Qurtuluş Günü tariximizin şanlı məqamı, müasir dövlətçilik salnaməmizin isə ən şərəfli səhifəsidir. Çünki məhz həmin gün Azərbaycanın müstəqilliyinin davamlılığını, dövlətçiliyinin müqəddəratını həll edən tarixi andır. Onun müəllifi isə Azərbaycan xalqının xilaskar lideri Ulu Öndər Heydər Əliyevdir. Bu gün Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam bərpa etməsi, üçrəngli bayrağımızın bütün ölkə ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda dalğalanmasının əsası 15 iyun 1993-cü ildə qoyulub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın möhtəşəm nailiyyətləri Heydər Əliyevin ideyalarının təntənəsidir. Bu bir həqiqətdir ki, əgər Ulu Öndər Heydər Əliyev 31 il öncə çox ağır məsuliyyəti üzərinə götürməsəydi, bu gün Azərbaycan müstəqilliyini itirmiş, torpaqları hələ də işğal altında olan, kimlərəsə vassallıq edən ölkə idi. Elə bu səbəbdən də 1993-cü ilin 15 iyun günü Azərbaycan dövlətinin və xalqının həyatında yeni dövrün başlanğıcı kimi qəbul edilir”.

Bu fikirlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin mətbuata açıqlamasında yer alıb.

“Azərbaycan qısa zamanda Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan güclü dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. Bundan sonra Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi”, - AHİK sədri qeyd edib.

O həmçinin vurğulayıb ki, həm Heydər Əliyevi, həm də İlham Əliyevi Azərbaycan xalqının xilaskar liderləri adlandırmaq olar: “Əgər Ulu Öndər Azərbaycanı ən ağır, ən dəhşətli günlərdə müstəqilliyini itirmək təhlükəsindən qurtarıbsa, cənab İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib, 200 illik uydurma erməni xülyasına son qoyub, xalqının ən ağrılı problemi olan keçmiş Qarabağ münaqişəsini öz gücünə 44 günə həll edib. 2020-ci ilin sentyabrında başlayıb noyabr ayında Zəfərimizlə bitən İkinci Qarabağ müharibəsi, 2023-cü ildə həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri bir daha Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam təmin edən böyük Zəfərin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün dünyada sözü imzası qədər keçərli olan qlobal lider kimi tanınır. Prezidentin həyata keçirdiyi tam müstəqil siyasətli Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır”.

“Azərbaycan xalqının Milli Qurtuluş Gününü qeyd etdiyi 15 İyun həm də tarixi Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümü ilə əlamətdardır. Əslində, bu iki tarixi hadisə arasında təbii bir bağ, inkarolunmaz əlaqə var. 1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas olaraq, inkişafa, sabitliyə, təhlükəsizliyə, öz qurtuluşuna qədəm qoyan Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada 28 il sonra Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu tarixi sənədə imza atmaları özlüyündə böyük bir rəmzi məna daşıyır. Bu, Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin, xalqlarımızın mənəvi birliyi ilə yanaşı, siyasi, iqtisadi sahədə də həmrəyliyinin möhkəmləndirilməsi, həmçinin bütün türk dünyasına böyük töhfədir. Şuşa Bəyannaməsi də, azad Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları da ölkələrimiz arasında sarsılmaz birliyi bütün dünyaya nümayiş etdirir. Cənab İlham Əliyevin əsl Sərkərdə məharəti ilə düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən quruculuq işləri aparılır və illərdən sonra soydaşlarımızın bu torpaqlara böyük köçü başlayıb. Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin əlindədir. Xalqımız əmindir ki, müstəqil Azərbaycan dahi şəxsiyyət Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Azərbaycan daha da qüdrətləndikcə Ulu Öndərin ölməz ruhu şad olacaq”, - Milli Məclisin deputatı bildirib.




Baxış sayı: 135
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031