FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Özbəkistanda Azərbaycan mədəniyyət günləri
14-06-2024, 12:00 | MƏDƏNİYYƏT
Özbəkistanda Azərbaycan mədəniyyət günləri

Azərbaycan-Özbəkistan elmi-ədəbi və mədəni əlaqələri çoxəsrlik tarixə və böyük ənənələrə malikdir. İbn Sinanın, Xarəzmi və Buxarinin, Uluqbəyin əsərləri qədim zamanlardan Azərbaycanda oxunmuş və həmişə böyük marağa səbəb olmuşdur. Eyni zamanda, Nizami, Xaqani, Nəsimi və Füzulinin əsərləri Özbəkistanda həmişə oxunmuş və rəğbətlə qarşılanmışdır. Türk dilində “Xəmsə” yaratmış dahi şair Əlişir Nəvaini biz özbək ədəbiyyatının rəmzi kimi qəbul etmişik və əsərlərini öz doğma ədəbiyyatımız kimi sevmişik.Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni soykökə malik olan xalqlarımız arasındakı əlaqələrin tarixi qədim köklərə söykənir.
Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq yazmışdır. Bu mədəni əlaqələr sovet dövründə də davam etmişdir. Xüsusilə, Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini bərpa etdikdən sonra iki dövlət arasında tarixin ağır sınaqlarından çıxmış bağlar daha da möhkəmlənərək, inkişaf etmiş və bugünkü səviyyəyə gəlib çatmışdır. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur.
Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı da Azərbaycanı tərəddüdsüz dəstəkləyib. Azərbaycan xalqı ən ağır işğal dövründə özbək xalqının qardaşlıq dəstəyini həmişə hiss edib. Bütün bunlar çağdaş münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Postsovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkədir ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmayıb və hər zaman Azərbaycanı dəstəkləyib.

 Prezident İlham Əliyevin hakimiyyəti dövründə də Özbəkistanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edib. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Cənab Şavkat Mirziyoyevin prezident seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərinin səmimiliyinin göstəricisi olmaqla əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafı baxımından olduqca önəmlidir.

 İşğaldan azad edilən Qarabağ torpaqlarında aparılan abadlıq və quruculuq işlərində qardaş Özbəkistanın böyük dəstəyini gördük. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq inşa edilən orta məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır. Azərbaycana səfəri zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həmin məktəbin açılış mərasimində iştirak etməsi bu qardaşlığın rəmzi idi. Həmin məktəbin açılışında Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, “…bu məktəb təkcə təhsil ocağı deyil, Özbəkistanla bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”. Türk dünyasında gedən inteqrasiya prosesləri kontekstində eyni soykökə malik Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin inkişafı həm də türk dünyasını inkişaf etdirən amillərdən biridir. Bu günlərdə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti günləri qardaşlığımızın daha bir təntənəsidir. Şübhəsiz ki, iki ölkə arasında günü-gündən inkişaf edən münasibətlər Türk dünyası çərçivəsində mədəni-ədəbi-elmi əlaqələrin inkişafına mühüm töhfələr verir.

 

Cavanşir Feyziyev
Milli Məclisin deputatı 




Baxış sayı: 185
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30