FACT-INFO.AZ » QHT » “Sağlam ailə modelinin təbliği” layihəsinin ilk tədbiri Bakıda keçirildi
13-06-2024, 17:00 | QHT
“Sağlam ailə modelinin təbliği” layihəsinin ilk tədbiri Bakıda keçirildi

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlam ailə modelinin təbliği” adlı layihənin icrası çərçivəsində ilk tədbirini Bakı şəhəri 7 nömrəli orta məktəbdə keçirib.

Müəllimlərin, şagirdlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə layihənin rəhbəri, HDİM İB-nin sədri İlham Əliyev giriş sözü ilə çıxış edərək layihənin məqsədini və mövzunun vacibliyini izah edib. Natiq çıxışında milli-mənəvi dəyərlərimizdən və ailə institumuzdan danışaraq bu sahədəki mövcud vəziyyətə toxunub. Layihə rəhbəri sağlam ailə modelinin qorunub saxlanması, bu sahədəki problemlərin həlli yolları və mənəvi bazaya əsaslanan cəmiyyətin formalaşmasınin həm dövlət, həm və cəmiyyət üçün prioritet olduğunu deyib. O, son dövrlərdə bu istiqamətdə müvafiq dövlət orqanlarının və ictimai institutların həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayaraq ictimaiyyətin bu mövzuya diqqətinin artmasından məmnun olduğunu bildirib.

Tədbirdə çıxış edən layihənin eksperti, sosioloq Elçin Bayramlı da qloballaşma dövründə milli-mənəvi dəyərlərimizin, milli mədəniyyətimizin, həmçinin ailə sistemimizin qorunmasının son dərəcə vacib olduğunu bildirib. O qeyd edib ki, hazırda bəzi qlobal dairələr tərəfindən bütün dünyada mənəvi dəyərlər əleyhinə fikirlər səsləndirilir, təbliğatlar aparılır, müasirlik adı altında milli mədəniyyətlərin sıradan çıxarılmasına çalışılır. Ekspert belə bir dövrdə minillərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizin, ailə institutumuzun qorunmasının yolarından danışıb və gənc nəslə bu istiqamətdə tövsiyələrini verib.

7 nömrəli orta məktəbin direktor müavini Elmira İbrahimova, ictimai fəal Əbülfəz Rzayev, həmçinin şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildiriblər və suallar ünvanlayıblar. Layihə ekspertləri qarşılıqlı müzakirə əsasında keçən tədbirdə ünvanlanan sualları cavablandırıblar. Tədbir qarşılıqlı müzakirə və söhbətlər formasında davam edib.

Qeyd edək ki, layihə çərçivəsində daha sonra Şirvan, Quba və Lənkəran şəhərlərində də maarifləndirici tədbirlər keçiriləcək.




Baxış sayı: 270
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031