FACT-INFO.AZ » SİYASƏT » Hikmət Hacıyev Brüsseldə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib
13-06-2024, 18:00 | SİYASƏT
Hikmət Hacıyev Brüsseldə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyunun 12-13-də Belçikada səfərdə olub. Prezidentin köməkçisi Hikmət Hacıyev səfər çərçivəsində NATO-nun Brüsseldəki mənzil-qərargahında müttəfiq dövlətlərin nümayəndələrinin qatıldıqları “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib.

Tədbirdə Hikmət Hacıyev müttəfiq dövlətlərin nümayəndələri ilə Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və perspektivləri, ölkəmizin regional nəqliyyat bağlantılarının inkişafında, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu, COP29-a hazırlıq prosesi, ölkəmizin iqlim və yaşıl həmrəylik gündəliyi, eyni zamanda, Ermənistanla normallaşma prosesi və sülh gündəliyinin irəlilədilməsi ətrafında müzakirələr aparıb.

Müttəfiq dövlətlərin təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini bildirib, NATO-nun etibarlı tərəfdaşı olaraq ölkəmizin Alyansla əlaqələrini yüksək qiymətləndirib, habelə NATO-nun missiya və əməliyyatlarına töhfələrini, Ukraynaya göstərdiyi humanitar dəstəyi təqdir ediblər. Eyni zamanda, Azərbaycanın regional nəqliyyat bağlantılarında və Avropanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanıb, ölkəmizin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyinə qarşı mübarizədə səyləri alqışlanaraq COP29 sədrliyinə dəstək ifadə edilib. Onlar Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və sülh gündəliyini yekdilliklə dəstəklədiklərini bildirib, iki ölkə arasında dövlət sərhədinin delimitasiyasına dair əldə olunan son razılaşmanı yüksək qiymətləndiriblər.

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş katibinin köməkçisinin müavini Ceyms Appaturay, Baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina və Türkiyənin NATO yanında daimi nümayəndəsi Zeki Levent Gümrükçü ilə görüşlər keçirib.




Baxış sayı: 110
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30