ABŞ Azərbaycanla Ermənistanı sülh razılaşmasını qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir.
Fact-info.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn "Azadlıq radiosu"na açıqlamasında deyib.
Onun sözlərinə görə, Vaşinqton region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləyir.
"Bizim fikrimizcə Mərkəzi Asiyadan Aralıq dənizi istiqamətində ticarət dəhlizi inşa etmək üçün bir neçə nəsildən bir üzə çıxan fürsət yaranıb. Bu yalnız Azərbaycan və Ermənistan arasında sülh olduğu təqdirdə mümkün ola bilər. Bu, bütün dəhliz boyunca yeni sənaye istiqamətləri yaradacaq. Bu, indi baş verə bilər. Bir neçə il sonra, bu indiki qədər əhəmiyyətli olmaya bilər. Ona görə də indi bunu etməyin zamanıdır", - Obrayn əlavə edib.
Baxış sayı: 75
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
