FACT-INFO.AZ » XƏBƏR » “Ölkəmiz tarixən türk dünyasını birləşdirməyə yönələn ideyaların təşəbbüsçüsü olub”
12-06-2024, 14:00 | XƏBƏR
“Ölkəmiz tarixən türk dünyasını birləşdirməyə yönələn ideyaların təşəbbüsçüsü olub”

“5-6 iyun tarixlərində TÜRKPA-nın 13 Plenar iclası Bakıda keçirildi və təşkilata sədrlik Türkiyədən Azərbaycana dövr edildi. Bakıda TÜRKPA tədbirinə qatılan türk dövlətləri parlament rəhbərlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etdi. Görüş zamanı Prezident İlham Əliyev türk dövlətləri arasında siyasi münasibətlərin yaxınlaşmasında və inteqrasiya proseslərinin sürətləndirilməsində parlamentlərin rolunu yüksək qiymətləndirdi”. Bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, dövlət başçısı mövcud qlobal şəraitdə türk dövlətlərinin öz siyasətini vahid siyasi platforma əsasında uzlaşdırmağın vacibliyindən danışıb: “2020-ci ilin Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlara diqqət çəkən Prezident bu mərhələdə bütün türk dövlətləri arasında iqtisadi-ticari əlaqələrin gücləndirilməsini, Orta Dəhliz layihəsi ətrafında səylərin birləşdirilməsini zəruri hesab etdiyini bildirdi. Tarixən Azərbaycan bütün türk dünyasını birləşdirməyə yönələn ideya və layihələrin təşəbbüsçüsü olub. Bu gün də türk dünyasının qərbi ilə şərqinin sıx əlaqələrlə Azərbaycan üzərindən birləşdirilməsi Azərbaycan xarici siyasətinin aparıcı istiqamətidir. Şimal-cənub və şərq-qərb nəqliyyat marşrutlarının ölkəmizdə qovuşması Azərbaycanı bütün türk dövlətlərinin cazibə mərkəzinə çevirməkdədir”.

Millət vəkili sözlərinə davam edərək bildirib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması qardaş ölkələr arasında inteqrasiya proseslərinə yeni bir təkan verəcək: “Bütün bu proseslərin sağlam əsaslar üzərində və daha səmərəli şəkildə həyata keçirilməsi işində türk dövlətlərinin parlamentləri üzərinə də xüsusi məsuliyyət düşür. Türk dövlətlərinin milli qanunvericiliklərinin bir- birinə uyğunlaşdırılması daha dərin inteqrasiya üçün zəmin hazırlayır. TÜRKPA-nın əvvəlki iclaslarında olduğu kimi, Bakıda keçirilmiş 13-cü Plenar sessiyada da bütün türk dövlətləri üçün bir neçə model qanunların layihəsi müzakirə olundu və qəbul edildi. TÜRKPA öz missiyasını uğurla yerinə yetirir və türk dünyası çərçivəsində inteqrasiya proseslərinin sürətləndirilməsi istiqamətində dövlətlərimiz tərəfindən aparılan fəaliyyətlərə daim dəstək verir”.




Baxış sayı: 130
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30