FACT-INFO.AZ » QHT » Vaşinqtonda “İqlim Dəyişikliyi və Azərbaycanın COP29 sədrliyi” mövzusunda tədbir keçirili
12-06-2024, 13:00 | QHT
Vaşinqtonda “İqlim Dəyişikliyi və Azərbaycanın COP29 sədrliyi” mövzusunda tədbir keçirili

Vaşinqtonda yerləşən Beynəlxalq Tələbə Evində Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin iştirakı ilə “İqlim Dəyişikliyi və Azərbaycanın COP29 Sədrliyi” mövzusunda hibrid formatda tədbir keçirilib.  Fact-info.az-ın məlumatına görə, tədbir amerikalı tələbənin pianoda Azərbaycan Dövlət Himnini ifası ilə başlayıb.

Tədbirə ev sahibliyi edən Beynəlxalq Tələbə Evinin baş icraçı direktoru Daniyel Bremer, idarə heyətinin sədri, sabiq səfir Mişel Bond və ABŞ-də təhsil alan azərbaycanlı tələbə Cavid Rəhimli Azərbaycan səfirini və tədbirdə iştirak edən xarici qonaqları salamlayıb.

X.İbrahim iqlim dəyişikliyi və Azərbaycanın COP29 sədrliyi haqqında iştirakçıları ətraflı məlumatlandırıb. Diplomat Azərbaycanın ətraf mühit və iqlim fəaliyyətinə COP29 sədrliyindən çox əvvəl başladığını vurğulayaraq, ölkəmizin külək və günəş enerjisi kimi bərpaolunan enerji mənbələri üçün böyük potensiala malik olduğunu qeyd edib. Xarici investisiyaların ölkəmizin bir sıra bölgələrində günəş enerjisinə marağı olduğunu qeyd edən diplomat özəl sektorun bu sahədə rolundan və bu xüsusda əməkdaşlığın davam etidirilməsinin vacibliyindən bəhs edib. Səfir həmçinin, Azərbaycanın COP29 Sədrliyi zamanı əsas prioritetlərdən birinin iqlim maliyyəsi olduğunu qeyd edib. Diplomat COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunun yerləşdiyi ərazinin illər əvvəlki və hazırki vəziyyətindən, eləcə də bundan əvvəl Bakı şəhərində “Qara şəhər” adı ilə tanınan ərazidən və “Ağ şəhər” konsepsiyasından bəhs edərək, bu dəyişiklik və nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi planının nəticəsi olduğunu vurğulayıb.

Daha sonra səfir iqlim fəaliyyətində gənclərin rolundan söz açaraq, onların iqlim proseslərində iştirakının əhəmiyyətini xüsusi qeyd edib. Çıxışının sonunda diplomat qeyd edib ki, bundan əvvəl 28 COP tədbiri keçirilib və bir sıra hədəflər irəli sürülüb, lakin Azərbaycanın COP 29 sədrliyinin məqsədi yeni hədəflər irəli sürməkdən daha çox keçmişdə qarşıya qoyulan məqsədlərin icrasını təmin edilməsidir.

Tədbir zamanı qonaqlara Azərbaycan və ölkəmizin COP29 sədrliyinə dair videoçarxlar təqdim olunub, daha sonra sual-cavab sessiyası baş tutub.




Baxış sayı: 85
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30