Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası müasir Azərbaycan şeirinin yaradıcılarından biri, Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlayıb.
Fact-info.az xəbər verir ki, məlumat bazasında şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək əsərlərindən nümunələr təqdim edilib.
Həmçinin burda ədib haqqında qələmə alınan “İki imperiyanın qorxduğu şair - Əli Tudə”, “Dönməz və döyüşkən ruhlu şair”, “Əli Tudənin Bütöv Azərbaycan həsrəti” adlı məqalələrin tam mətni, şeirlərindən nümunələr, müəllifi olduğu Azərbaycan və xarici dillərdə nəşr olunan əsərlərin, məqalələrin siyahısı, görkəmli şəxsiyyətlərin ədib haqqında söylədikləri fikirlər yer alıb.
Məlumat bazasında “Mükafatlar”, “Avtoreferat və dissertasiyalar”, “Video və fotoqaleraya”, “Virtual sərgi” kimi bölmələr nümayiş olunub.
Elektron məlumat bazası ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.
Baxış sayı: 100
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
