FACT-INFO.AZ » İQTİSADİYYAT » COP29-un Azərbaycanda keçirilməsi Orta Dəhlizin də inkişafına təkan verəcək
12-06-2024, 07:00 | İQTİSADİYYAT
COP29-un Azərbaycanda keçirilməsi Orta Dəhlizin də inkişafına təkan verəcək

COP29-un Azərbaycanda keçirilməsi Orta Dəhlizin də “yaşıl inkişafına” təkan verəcək.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Xəzər Siyasət Mərkəzi tərəfindən Londonda təşkil edilmiş Orta Dəhlizdən maksimum faydalanmağa həsr olunmuş konfransda səslənib.

Region ölkələrinin Britaniyadakı səfirləri, Londondakı diplomatik korpus, akademik dairələr, iqtisadçılar, iqlimşünaslar və media nümayəndələrinin iştirak etdiyi tədbirdə Orta Dəhlizlə bağlı prioritetlər, COP29 kontekstində dayanıqlılıq və yaşıl inkişafın təmin edilməsinə dair baxışlar, eləcə də bu xüsusda region ölkələri arasında və digər dövlətlərlə əməkdaşlığın əhəmiyyəti kimi məsələlər müzakirə edilib.

Açılış sessiyasında Xəzər Siyasət Mərkəzinin baş icraçı direktoru Əfqan Nifti, onun Britaniya üzrə müşaviri, sabiq britaniyalı diplomat David Moran və Mərkəzin Məşvərətçi Şurasının üzvü, sabiq britaniyalı diplomat Ceyms Şarp Orta Dəhlizin yaratdığı iqtisadi, ticarət və əməkdaşlıq imkanlarından söz açıblar.

Konfransın ilk səfirlər panelində Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin Britaniyadakı səfirləri iştirak ediblər.

Gürcüstanın səfiri Sofio Katsavara ölkəsinin Orta Dəhliz kimi effektiv infrastruktur layihələrinə dəstəyini ifadə edib, Azərbaycanla Gürcüstan arasında əlaqələndirmənin nümunəvi olduğunu deyib. O, həmçinin Orta Dəhlizin inkişafı üçün regionda sülh və stabilliyin əhəmiyyətinə toxunub.

Daha sonra çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Orta Dəhlizin multimodal nəqliyyat dəhlizi kimi əhəmiyyətindən bəhs edərək layihənin ərsəyə gəlməsində vaxtilə Türkiyənin dəstəyi ilə Azərbaycan və Gürcüstan arasında nümunəvi əməkdaşlığın böyük rolunun olduğunu söyləyib. Azərbaycanın Orta Dəhlizin inkişafına öz töhfəsini davamlı olaraq verdiyini diqqətə çatdıran səfir yükdaşıma qabiliyyətlərinin artırılması istiqamətində atılan addımlardan bəhs edib.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi kontekstində E.Süleymanov Orta Dəhlizin yaşıl dəhliz kimi inkişafının vacibliyini vurğulayıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının BMT-nin Dəniz Təşkilatı tərəfindən yaşıl liman sertifikatı almasını qeyd edib. Azərbaycan səfiri bildirib ki, regionun stabil gələcəyi naminə Orta Dəhliz boyu yerləşən ölkələr arasında davamlı dialoqun təşviq edilməsi və bölücü addımlardan qaçınılması vacibdir.

Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesinə də toxunan səfir qeyd edib ki, iki ölkə arasında birbaşa dialoq olduqca effektivdir və konkret nəticələri göz qabağındadır. O Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qərarın da məhz iki ölkə arasında birbaşa danışıqların nəticəsi kimi qəbul edildiyini bildirib. Orta Dəhliz boyu yerləşən ölkələrin əksəriyyətinin Türkdilli Ölkələr Təşkilatının üzvləri olduğunu vurğulayan səfir Süleymanov onu da nəzərə çatdırıb ki, Azərbaycan üçün bu ölkələr təkcə yaxın tərəfdaş deyil, həm də yaxın dost və qardaş ölkələrdir.

Qazaxıstan səfiri Maghzan İlyasov ölkəsinin COP29 prioritetlərindən danışarkən su resurslarının azalması, eləcə də Xəzər dənizinin səviyyəsinin azalması kimi məsələlərin müzakirəsinin region üçün əhəmiyyətini vurğulayib.

Türkiyənin səfiri Osman Koray Ertaş Orta Dəhlizə Dünya Bankı, AYİB, Avropa İttifaqı və digər beynəlxalq qurumların dəstək verməsini təqdirəlayiq hal kimi vurğulayıb. O qeyd edib ki, sülh prosesi çərçivəsində Ermənistanla Azərbaycan arasında, eləcə də Ermənistanla Türkiyə arasındakı müsbət tendensiya Orta Dəhlizin açdığı imkanları daha da artırır. Türkiyə səfiri COP29-un uğurla keçirilməsi istiqamətində ölkəsinin Azərbaycana dəstək verməyə hazır olduğunu əlavə edib.

Konfransın ikinci səfirlər panelində çıxış edən Ermənistanın Britaniyadakı səfiri Varujan Nersesyan ölkəsinin regionda konnektivlik layihələrinə həsr olunmuş müzakirələrdə maraqlı olduğunu söyləyib.

Eyni paneldə çıxış edən Qırğızıstan səfiri Orta Dəhliz boyu yerləşən ölkələr arasında əməkdaşlığın önəminə diqqət çəkib.

Konfransın ekspert panellərində Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, “The City of London” Korporasiyası, Britaniya-Azərbaycan Ticarət Palatası, BP, Londonda yerləşən İxrac və Beynəlxalq Ticarət İnstitutu, Vaşinqtonda yerləşən Yaxın Şərq və Cənubi Asiya üzrə Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri çıxış edərək Xəzər hövzəsi regionunda Orta Dəhlizin inkişafı və ümumilikdə Orta Dəhlizin potensialının tam şəkildə istifadəsi üçün daha hansı addımların atılmasının faydalı olacağı, əlavə tərəfdaşlarla əlaqələndirmənin necə təmin oluna biləcəyi barədə tövsiyələrini bölüşüblər. Çıxış edənlər Azərbaycanı COP29-a ev sahibliyi edəcəyi münasibəti ilə təbrik edib, Azərbaycanın vacib beynəlxalq təşəbbüslərlə bağlı məsuliyyəti bölüşməsinin və beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.

2012-2015-ci illərdə Britaniya Baş nazirinin Azərbaycan üzrə Ticarət elçisi olmuş Çarlz Hendri Orta Dəhliz boyu infrastrukturun əhəmiyyətindən danışarkən bildirib ki, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı dünyanın ən qabaqcıl və effektiv hava limanıdır.

BP şirkətinin beynəlxalq məsələlər üzrə müşaviri Maykl Denison qeyd edib ki, Azərbaycanın götürdüyü bütün beynəlxalq öhdəliklərə onilliklər boyu sadiq olması onu etibarlı və digər dövlətlər üçün nümunəvi tərəfdaşa çevirib.

Britaniya-Azərbaycan Ticarət Palatasının sədri Con Paterson isə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlu və mütərəqqi inkişaf yolu keçdiyini deyib, Bakının dünyanın ən gözəl və proqressiv şəhərlərindən biri olduğunu əlavə edib.




Baxış sayı: 115
MEK elektron xidmətlərini təqdim edir Bu gün, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Bu gün, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Bu gün, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Bu gün, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Bu gün, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Bu gün, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb Dünən, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub Dünən, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region Dünən, 12:30 Bəzi sözlərin mənşəyi haqqında Dünən, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu Dünən, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir Dünən, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib Dünən, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub Dünən, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN Dünən, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00 Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir 18-09-2026, 11:00 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 11 nəfər saxlanılıb 18-09-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930