FACT-INFO.AZ » SİYASƏT » Misir – Azərbaycan əməkdaşlığı yeni mərhələdə
11-06-2024, 12:30 | SİYASƏT
Misir – Azərbaycan əməkdaşlığı yeni mərhələdə

Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən həmin ilin aprel ayından Misirin Bakıda, 1994-cü ilin yanvarından isə Azərbaycanın Qahirədə səfirliklərinin fəaliyyətə başlaması iki ölkə arasında əməkdaşlığın təməlini qoymuşdur. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyi idi. 1994-cü ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin Qahirəyə ilk səfəri Misir-Azərbaycan arasında diplomatik münasibətlərdə yeni mərhələnin başlanğıcını qoymuş, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki uğurlu xarici siyasəti isə ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və əməkdaşlığın inkişafına yeni təkan vermişdir.

Bu gün ərəb dövlətləri ilə əlaqələr Azərbaycanın genişmiqyaslı beynəlxalq siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyən, beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli mövqeyini daim müdafiə edən Misirlə bütün beynəlxalq məsələlərdə, demək olar ki, fikirlərimiz və mövqelərimiz bir-birini tamamlayır.

Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edilir, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Misirin dəstəyi ilə Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etməsi də bu istiqamətdəki uğurlu addımlardan hesab olunur.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə Qahirədə imzalanan gənclər və idman, elektrik və bərpaolunan enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində, habelə təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumları, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu” və sair sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin Misisr səfəri ölkəmizin COP 29-a sədrlik etməsi ərəfəsində COP 27-yə uğurlu ev sahibliyi etmiş Misirlə təcrübə mübadiləsi istiqamətində atılan çox faydalı bir addımdır. Bununla yanaşı, görüşlər əsanasında Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri vasitəsilə nəqliyyat-logistika sahədində əməkdaşlıq üçün gözəl imkanların açıldığı qeyd olunmuş və yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə əlaqədar aparılan fikir mübadiləsi aparılmışdır.

Qahirədə keçirilmiş görüşlər sırasında Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə keçirilən görüş Azərbaycanın İslam dünyası ilə münasibətləri kontekstində xüsusi əhəmiyyət daşıyır. İslam aləmində, ümumiyyətlə, dünyada ilk universitet hesab olunan əl-Əzhər Universiteti müsəlman aləminin elm və düşüncə mərkəzləri sırasında ciddi ağırlığa, hətta lider mövqeyə malikdir. Bu elmi-dini mərkəzin nüfuzu Şərqdə Misir dövlətinin nüfuzuna bərabər hesab olunur. Bu mənada , Prezident İlham Əliyevin əl-Əzhər Universitetini və onun rektorunu ziyarət etməsi, verilən dostluq, əməkdaşlıq mesajları mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan – Misir münasibətləri çağdaş dönəmdə yeni inkişaf yoluna qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə bu rəsmi səfəri hər iki xalqın milli mənafeyinə xidmət edir və ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi və bu istiqamətdə yeni nailiyyətlərin qazanılmasını şərtləndirir.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı




Baxış sayı: 75
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30