FACT-INFO.AZ » SİYASƏT » Çağdaş dövrdə yeni inkişaf yoluna qədəm qoyan Azərbaycan-Misir münasibətləri
11-06-2024, 13:00 | SİYASƏT
Çağdaş dövrdə yeni inkişaf yoluna qədəm qoyan Azərbaycan-Misir münasibətləri

Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən həmin ilin aprel ayından Misirin Bakıda, 1994-cü ilin yanvarından isə Azərbaycanın Qahirədə səfirliklərinin fəaliyyətə başlaması (bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir) iki ölkə arasında əməkdaşlığın təməlini qoyub. 1994-cü ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin Qahirəyə ilk səfəri Misir-Azərbaycan diplomatik münasibətlərdə yeni mərhələ açıb. Prezident İlham Əliyevin bu tarixi ənənəyə sadiq qalaraq beynəlxalq aləmdəki uğurlu xarici siyasəti ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və əməkdaşlığın inkişafına yeni təkan verib.

Bu sözləri Prezident İlham Əliyevin Misirə rəsmi səfərini AZƏRTAC-a şərh edən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın genişmiqyaslı beynəlxalq siyasətində prioritet istiqamətlərdən birini ərəb dövlətləri ilə əlaqələr təşkil edir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyən, üzv olduğu beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli mövqeyini daim müdafiə edən Misirlə bütün beynəlxalq məsələlərdə, demək olar ki, fikirlərimiz və mövqelərimiz bir-birini tamamlayır. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Misirin dəstəyi ilə Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etməsi də bu istiqamətdəki uğurlu addımlardan hesab olunur.

Deputat bir məqamı xüsusi diqqətə çatdırıb ki, səfər çərçivəsində Qahirədə Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin iştirakı ilə imzalanan gənclər və idman, elektrik və bərpaolunan enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində, habelə təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumları, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu” və sair sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.

Misirin COP27-yə uğurlu ev sahibliyinin Azərbaycanın COP29-a sədrlik etməsi ərəfəsində təcrübə mübadiləsi istiqamətində müsbət təkan olacağını düşünən Cavanşir Feyziyev bu sahədə əməkdaşlığın önəmini, eyni zamanda, Şimal-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi səbəbi ilə nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün gözəl imkanlar açıldığını, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar aparılan fikir mübadiləsini Prezident İlham Əliyevin uğurlu siyasətinin bir hissəsi olaraq qiymətləndirib.

Səfər çərçivəsində Prezident İlham Əliyevin əhəmiyyətinə görə heç də Prezident Əbdülfəttah Əs-Sisi ilə görüşdən geri qalmayan bir görüş keçirdiyini vurğulayan deputat Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə keçirilən görüşdən söz açıb. Qeyd edib ki, İslam aləmində, ümumiyyətlə, dünyada ilk universitet hesab olunan əl-Əzhər Universiteti müsəlman aləminin elm və düşüncə mərkəzləri sırasında ciddi ağırlığa, hətta lider mövqeyə malikdir. Bu elmi-dini mərkəzin nüfuzu Şərqdə Misir dövlətinin nüfuzuna bərabər hesab olunur. Bu mənada, Prezident İlham Əliyevin əl-Əzhər Universitetinin rektoru ilə görüşü, verilən dostluq, əməkdaşlıq mesajları mühüm əhəmiyyət kəsb edir.

“Bütün bunlar onun məntiqi nəticəsidir ki, Azərbaycan-Misir münasibətləri çağdaş dönəmdə yeni inkişaf yoluna qədəm qoyub. Azərbaycan Prezidentinin Misirə bu rəsmi səfəri hər iki xalqın milli mövqeyi və mənafeyinə xidmət edir və ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi və bu istiqamətdə yeni nailiyyətlərin qazanılmasını şərtləndirir”, - deyən C.Feyziyev fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 120
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30