FACT-INFO.AZ » SİYASƏT » Bir millət, üç dövlət
10-06-2024, 16:00 | SİYASƏT
Bir millət, üç dövlət

5-7 iyun tarixərində TÜRKPA 13- cü Plenar iclasına qatılmaq üçün Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızstan, Macarıstan və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Məclis Başkanları  Bakıda oldular. Qardaş ölkələrdən gəlmiş Məclis Başkanları Prezident İlham Əliyev tərəfindən qəbul olunub. TÜRK PA- nın 13- cü Plenar İclası başa çatdıqdan sonra Bakıda rəsmi görüşlərini davam etdirən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Məclis Başkanı Zorlu Törə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov  və Milli Məclisin sədri Sahibə xanım Qafarova tərəfindən qəbul olundu. Məclis Başkanı Zorlu Törə Atatürk Liseyinin son zəng  tədbirində iştirak edərək məzunlar qarşısında çıxış etdi və onlara uğurlar arzuladı. 

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və İş adamları cəmiyyətlərinin Assossiyası tərəfindən düzənlənən tədbirlərə qatılan  Cümhur Məclis Başkanı Zorlu Törə Kuzey Kıbrıs Türk xalqının istilal mübarizəsindən danışıb və xalqlarımız arasındakı qardaşlığın əbədi olmasını arzulayıb.
Uzun illər ərzində bütün türk dünyasında  birlik və bərabərliyin fəal təbliğatçısı kimi tanınan 

Başkan Zorlu Törə Bakıda olduğu günlərdə Ulu öndər Heydər Əliyevin məzarını və Dağüstü Parkda yerləşən Şəhidlər Xiyabanını ziyarət etdi. Cənab Törənin Kuzey Kıbrıs Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Denktaşın qəbrindən gətirdiyi bir ovuc torpaq Heydər Əliyevin məzarına və Kuzey Kıbrıs Türk Şəhidliyindən gətirdiyi torpaq isə Dağüstü Parkdakı Şəhidlərin məzarı  üzərinə töküldü. Məclis Başkanı bu törənlə “qanın qana, canın cana” qovuşduğunu bildirərək Azərbaycan, Türkiyə və Kuzey Kıbrısı “ Bir Millət, Üç Dövlət” adlandırdı. 

Azərbaycana səfəri zamanı Məclis Başkanı Zorlu Törəni Kuzey Kıbrısın millət vəkilləri İzlem Gürçağ Alturğa, Fide Gürşat,  Cümhur Məclisinin Baş katibi İrem Uygun,  protokol əməkdaşı İlknur Sallı, mətbuat katibi Bürhan Canbaz, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycanda Nümayəndəsi xanım Ufuk Turganer və protokol təmsilçiləri müşaiyət etmişlər. Səfər çərçivəsində Bakının Dənizkənarı Bulvarı, Heydər Əliyev Mərkəzi, İçərişəhər və Xalça Muzeyi ilə yaxından tanış olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti Məclisinin Başkanı Zorlu Törə Azərbaycanın qədim türk ənənələrinə sadiq qaldığını və böyük bir mədəniyyətə sahib olduğunu vurğuladı. 

Kuzey Kıbpıs Cümhur Məclisinin nümayəndə heyətini Bakıda olduğu müddətdə Azərbaycan- Kuzey Kıbrıs Parlamentlər arası Dostluq qrupunun başkanı Cavanşir Feyziyev və digər millət vəkiləri müşayiət edib. Məclis Başkanı cənab Zorlu Törə onu müşayiət edən heyət üzvləri ilə birlikdə bu gün Azərbaycandan ayrıldı. Ayrılarkən Başkan Zorlu Törə ölkəmizə səfərindən məmnun qaldığını, doğma vətəni Kuzey Kıbrısa Azərbaycan türklərinin sevgi və məhəbbəti ilə dolu xoş xatirələrlə qayıtdığını dilə gətirdi. Yolunuz açıq olsun! Qardaşlığımız əbədi və sarsılmaz olsun!

Cavanşir Feyziyev

Milli Məclisin deputatı




Baxış sayı: 110
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30